Kifayət Məmmədova


İNKLÜZİV TƏHSİLİN MƏKTƏBƏHAZIRLIQ QRUPLARINDA TƏTBİQİ

Annotasiya. Məqalədə məktəbəhazırlıq qruplarında inklüziv təhsildə tətbiq olunan korreksiyaedici texnologiyaların tətbiqindən, sağlamlıq imkanları məhdud olan uşaqların fiziki və psixoloji inkişafına, ünsiyyət qurma bacarıqlarının formalaşdırılmasına, bilik və bacarıqlarını özünəməxsus tərzdə nümayiş etdirmələrinə, müstəqil fəaliyyət göstərmələrinə təsir imkanlarından danışılır. Eyni zamanda, bu işin ailə ilə paralel şəkildə təşkilindən, tərbiyəçi-müəllim və valideynlərin qarşılıqlı əməkdaşlığından, valideynlərin maarifləndirilməsindən, bu istiqamətdə müxtəlif oyunların, digər təlim texnologiyalarının tətbiqi yollarından geniş şəkildə bəhs olunur. Həmçinin qeyd olunur ki, sağlamlıq imkanları məhdud olan uşaqların inkişafında korreksiyaedici texnologiyaların böyük rolu vardır.

Açar sözlər: məktəbəhazırlıq qrupu, inklüziv təhsil, fərdi plan, korreksiya edici texnologiyalar, psixofiziki inkişaf, bilik və bacarıqlar, oyunlar, tərbiyəçi-müəllim, valideyn.

Yüklə Öncəki səhifə