Könül Mikayılova, Tavat Muradlı


MÜƏLLİM HAZIRLIĞINDA RASİONALLIQ

Annotasiya. Məqalədə müəllim peşəkarlığının artırılması istiqamətində pedaqoji yanaşmalar öz əksini tapmışdır. Eləcə də TALIS (Tədris və Öyrənmə üzrə Beynəlxalq Sorğu), BERA-RSA – (Britaniya Təhsil Araşdırmaları Assosiasiyası və Kral Cəmiyyətində İncəsənət Təşviqi) kimi beynəlxalq təhsil şirkətləri tərəfindən aparılan anket sorğularının nəticələri əsasında müəllim kadrlarının hazırlığında meydana çıxan boşluqlar, kadr hazırlığına verilən tələblər və müəllimlik peşəsinin tələbatları qeyd olunmuşdur. Həmçinin “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası” sənədində verilən tələblər, pedaqogika elminin müəllim hazırlığında rolu və təkmilləşdirilməsi istiqamətində təkliflər də məqalədə öz əksini tapmışdır.

Açar sözlər: kadr hazırlığı, tələblər, standartlar, məzmun xətti, peşəkarlıq, təhsil standartları.

Yüklə Öncəki səhifə