Lalə Əbilova


UŞAQ–VALİDEYN–MÜƏLLİM ƏMƏKDAŞLIĞI: İBTİDAİ SİNİFLƏRDƏ TƏRBİYƏ PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ YOLLARI

Annotasiya. Məqalə müasir dövrdə sosial mühitin dəyişməsi, informasiya axınının artması və ailə modelində baş verən yeniliklər səbəbindən kiçikyaşlı məktəblilərin davranış və tərbiyəsində yaranmış müəyyən problemlərdən bəhs edir. Bu problemlər ibtidai sinif şagirdlərində kommunikasiya, intizam, məsuliyyət, əməkdaşlıq bacarıqlarının düzgün formalaşmasına mənfi təsir göstərir. Problemin həlli istiqamətində müəllim, ailə və məktəb mühitinin qarşılıqlı əməkdaşlığının gücləndirilməsi, şagirdyönümlü və humanist yanaşmaların tətbiqi, eləcə də tərbiyə işinin sistemli şəkildə təşkili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, məqalədə ibtidai təhsil mərhələsində uşaqların tərbiyəsində yaranan problemlər, onların sosial-pedaqoji səbəbləri və həlli istiqamətləri təhlil olunur və göstərilir ki, müasir dövrdə ailə strukturunda və sosial mühitdə baş verən dəyişikliklər, informasiya texnologiyalarının geniş yayılması və valideyn-məktəb əməkdaşlığının zəifliyi tərbiyə prosesinə təsir göstərən əsas amillər kimi qiymətləndirilir. Məqalədə müəllim, ailə və məktəb mühitinin qarşılıqlı fəaliyyətinin uşağın şəxsiyyət kimi formalaşmasında rolu əsaslandırılır və praktik tövsiyələr təqdim olunur. Qeyd olunur ki, hazırda cəmiyyətdə gedən proseslər, qloballaşma və təhsil sistemində baş verənlər tərbiyə modelində də dəyişikliklərin aparılmasını tələb edir. Bu modelin əsas mahiyyəti ondan ibarətdir ki, tərbiyə sistemi uşağın üzərində nəzarətə deyil, onunla birlikdə olmağa əsaslanmalıdır.

Açar sözlər: ibtidai təhsil, uşaq, ailə-məktəb əməkdaşlığı, tərbiyə prosesi, davranış problemləri, pedaqoji dəstək.

Yüklə Öncəki səhifə