Laləzar Cəfərova


MÜASİR DÖVRDƏ MƏKTƏBƏQƏDƏR TƏHSİLƏ BAXIŞ

Annotasiya. Məqalədə Azərbaycanda müasir məktəbəqədər təhsil sisteminin keyfiyyətli təşkili məsələləri araşdırılır. Məlum olduğu kimi, məktəbəqədər təhsil fasiləsiz təhsil sisteminin ilkin halqasıdır. Məktəbəqədər təhsil uşağın sağlam, inkişaf etmiş şəxsiyyət kimi formalaşmasını, öyrənməyə həvəsin yaradılmasını, onun sistemli öyrənməyə hazırlanmasını təmin edir. Bunun üçün qarşıya konkret məqsədlər qoyulur. Təhsil sisteminin modernləşdirilməsi kontekstində Azərbaycanda dövlət təhsil siyasətinin əsas vəzifəsi ümumi təhsilin, o cümlədən, müasir məktəbəqədər təhsilin keyfiyyətini təmin etməkdir. Məqalədə, həmçinin qeyd olunur ki, bu gün ölkəmizdə məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, bir sıra həllini gözləyən problemlər də mövcuddur. Təhlil olunan məsələlərdən biri də odur ki, müasir təhsil sahəsində təkzibolun maz inkişafla yanaşı, həlli mümkün olan problemlər də mövcuddur. Şübhəsiz ki, müasir dövrdə məktəbəqədər təhsil sahəsi çox mühüm və aktualdır. Qeyd etmək lazımdır ki, məhz məktəbəqədər yaş dövründə uşaqda əsas şəxsi xüsusiyyətlər formalaşır və onun gələcək fiziki və əqli inkişafının keyfiyyəti müəyyən edilir. Bu yaşda hər bir uşağın inkişaf xüsusiyyətləri nəzərə alınmazsa, bu, onun gələ cək həyatına mənfi təsir göstərə bilər.

Açar sözlər: məktəbəqədər təhsil, yeni məzmun, pedaqoji proses, problem, inki şafetdirici mühit, inteqrasiya, inkişaf sahələri.

Yüklə Öncəki səhifə