Laləzar Cəfərova


STEAM YANAŞMASININ MƏKTƏBƏQƏDƏR TƏHSİL KURİKULUMUNA İNTEQRASİYASI

Annotasiya. Məqalədə STEAM (Science, Technology, Engineering, Arts, Mat hematics) (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) yanaşmasının məktəbəqədər təhsil kurikulumuna inteqrasiyası müasir pedaqoji tenden siyalar fonunda elmi əsaslarla təhlil edilir. Tədqiqat çərçivəsində layihə əsaslı öyrənmə modeli əsasında uşaqlarda yaradıcılıq və innovativ düşüncə bacarıqlarının inkişafı, sosial-emosional öyrənmənin (SEL) dəstəklənməsi, inkişaf sahələri və məşğələlərarası inteqrativ təlimin real həyat kontekstində təşkili, erkən yaşda riyazi və məntiqi təfəkkürün formalaşdırılması və ekoloji düşüncənin məktəbəqədər müəssisə mühitində təbiət yönümlü fəaliyyətlərlə inkişaf etdirilməsi is tiqamətləri geniş şərh olunur. Məqalədə STEAM yanaşmasının yalnız akademik bacarıqlara deyil, həm də uşaqlarda sosial məsuliyyət, əməkdaşlıq, empatiya və ekoloji şüurun formalaşmasına xidmət etdiyi elmi mənbələrə istinadla əsaslandırılır. Nəticə olaraq, tərbiyəçi-müəllimlər üçün metodik hazırlığın gücləndirilməsi, kurikulumda inteqrativ və layihə əsaslı modellərin prioritetləşdirilməsi, ailə və məktəbəqədər təhsil müəssisəsi əməkdaşlığının təşviqi kimi təkmilləşdirmə təklifləri irəli sürülür. Məqalə STEAM yanaşmasının məktəbəqədər təhsil mühitində uşaq maraqları və real həyat təcrübələri əsasında qurulmuş çevik kuri kulum modelinin formalaşdırılmasına verdiyi pedaqoji töhfəni ön plana çıxarır.

Açar sözlər: STEAM təhsili, məktəbəqədər kurikulum, layihə əsaslı öyrənmə, sosial-emosional inkişaf, inteqrativ təlim, erkən riyazi təfəkkür, ekoloji təlim.

Yüklə Öncəki səhifə