Laləzar Cəfərova


AZƏRBAYCANDA MÜASİR MƏKTƏBƏQƏDƏR TƏHSİL SİSTEMİNİN TƏHLİLİ

Annotasiya. Məqalədə Azərbaycanda müasir məktəbəqədər təhsil sisteminin təhlili aparılır. Məlum olduğu kimi, məktəbəqədər təhsil fasiləsiz təhsil sisteminin ilkin halqasıdır. Məktəbəqədər təhsil uşağın sağlam, inkişaf etmiş şəxsiyyət kimi formalaşmasını, öyrənməyə həvəsinin oyanmasını, sistemli öyrənməyə hazırlaşmasını təmin edir. Bunun üçün qarşıya konkret məqsədlər qoyulur. Həmçinin qeyd olunur ki, məktəbəqədər təhsil sisteminin qarşısında qoyulan məqsədlərin həyata keçirilməsi üçün məktəbəqədər təhsil proqramının məzmununun minimum səviyyəsinin, məktəbəqədər təhsildə təlim yükünün maksimal həcminin və məktəbəqədəryaşlı uşaqların inkişaf səviyyəsinə verilən tələblərin müəyyənləşdirilməsində vahid yanaşma tələb olunur. Bunu məktəbəqədər təhsilin dövlət standartları təmin edir. Məqalədə son illərdə məktəbəqədər təhsil sistemində baş verən köklü dəyişikliklərdən, onun təkmilləşdirilməsi və inkişaf etdirilməsindən söhbət gedir. Qeyd olunur ki, innovasiyaların əsas göstəriciləri yaranmış ənənələr və əldə olunmuş təcrübədir. Həmçinin məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin qarşısında qoyulan tələblərin dəyişdiyi də aydın olur.

Açar sözlər: məktəbəqədər təhsil, yeni məzmun, pedaqoji proses, problem, inkişafetdirici mühit, inteqrasiya, inkişaf sahələri.

Yüklə Öncəki səhifə