Ləman Məmmədova


AZƏRBAYCANDA UŞAQ MƏTBUATININ İNKİŞAF TARİXİ

Annotasiya. Tədqiqatda uşaq mətbuatı təkcə informativ deyil, həm də psixoloji, pedaqoji və mədəni əhəmiyyət daşıyan strateji bir sahə kimi təhlil edilir, uşaqların intellektual, emosional və sosial inkişafına təsirləri araşdırılır. Təhlillər göstərir ki, uşaq mətbuatı yalnız informasiya ötürən vasitə deyil, eyni zamanda uşağın şəxsiyyət kimi formalaşmasında, dün yagörüşünün zənginləşməsində, milli və mənəvi dəyərlərə yiyələnməsin də əsas tərbiyəvi rol oynayır. Erkən yaşlardan uşaqlarda oxumağa ma rağın formalaşdırılması, analitik və yaradıcı düşüncə tərzinin inkişafı, ətraf aləmlə sağlam ünsiyyət bacarığının yaranması uşaq mətbuatının əsas məqsədlərindəndir. Məqalədə maarifçilik dövründə formalaşmağa başlayan, dərin tarixi köklərə malik Azərbaycan uşaq mətbuatı geniş as pektdən izah olunur, məqsədyönlü fəaliyyəti təhlil edilir. Bununla belə, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, rəqəmsal platforma ların gündəlik həyatın bir hissəsinə çevrildiyi XXI əsrdə uşaq mətbuatı nın məzmun və forma baxımından yenidən düşünülməsini zəruri edən reallıqlar təhlil olunur.

Açar sözlər: uşaq mətbuatı, maarifçilik, milli kimlik, vətənpərvərlik tər biyəsi, uşaq jurnalları, müstəqillik dövrü.

Yüklə Öncəki səhifə