Mətanət Rəhimova


UŞAQLARIN SOSİAL BACARIQLARININ İNKİŞAFINDA AİLƏ VƏ MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏSİ ƏMƏKDAŞLIĞININ ROLU

Annotasiya. Məqalədə erkən yaş dövründə uşaqlarda sosial bacarıqların formalaşması və inkişafında ailə və məktəbəqədər təhsil müəssisələrinin rolu elmi-nəzəri və praktik aspektdən hərtərəfli şəkildə araşdırılmışdır. Sosial bacarıqlar anlayışının mahiyyəti açılmış, erkən uşaqlıq dövrünün psixoloji və pedaqoji xüsusiyyətləri nəzərə alınmaqla bu bacarıqların formalaşma mexanizmləri təhlil edilmişdir. Tədqiqatda ailə mühitinin, ailədaxili ünsiyyətin, valideyn davranışlarının model rolunun uşaqların sosial inkişafına təsiri əsaslandırılmışdır. Eyni zamanda məktəbəqədər təhsil müəssisəsində kollektiv fəaliyyətlər, oyunlar və pedaqoqun sosialyönümlü fəaliyyətinin uşaqların ünsiyyət, əməkdaşlıq və empati bacarıqlarının inkişafındakı rolu konkret nümunələr əsasında göstərilmişdir. Məqalədə ailə və məktəbəqədər təhsil müəssisəsi arasında əməkdaşlığın əhəmiyyəti vurğulanmış, sosial bacarıqların inkişafı prosesində qarşıya çıxan əsas çətinliklər və onların aradan qaldırılması yolları müəyyən edilmişdir. Məqalə məktəbəqədər təhsil sahəsində çalışan pedaqoqlar, tədqiqatçılar, tələbələr və valideynlər üçün nəzəri və praktik baxımdan faydalı ola bilər.

Açar sözlər: məktəbəqədər təhsil, erkən yaş dövrü, sosial bacarıqlar, ailə tərbiyəsi, sosial inkişaf.

Yüklə Öncəki səhifə