Məmməd Kazımov


Məqalədə fənlərarası əlaqələrdən istifadə etmək, fənlərin dərindən öyrənilməsinə istiqamət verməklə yanaşı, öyrənmə mühitinin təkmilləşdirilməsindən də söhbət gedir. Eyni zamanda, fənlərarası inteqrasiya şagirdlərdə öyrənmə qabiliyyətinin formalaşmasına kömək edir, onlarda fənlərin öyrənilməsinə kompleks yanaşmaya, məntiqi təfəkkürün inkişafına istiqamət verir. Bu zaman fənnin dərindən öyrənilməsi məqsədi ilə innovativ metodlardan istifadə ön plana çəkilir, fənnin öyrənilməsində təcrübənin tətbiq olunması vacib şərt kimi qiymətləndirilir. Məqalədə fənlərin dərindən öyrənilməsində inteqrasiyadan istifadənin üstünlükləri də xüsusi qeyd edilir və müxtəlif müəlliflərin bu mövzuya aid əsərlərindən sitatlar gətirilir.

Açar sözlər: inteqrasiya, təbiət fənləri, yaradıcı təfəkkür, müasir təlim texnologiyaları, dərindən öyrənmə, müasir yanaşmalar. 

Yüklə Öncəki səhifə