Müjkan Məmmədzadə


HƏRBİ MƏTBUATIN İNFORMASİYA MÜHARİBƏSİNDƏ ROLU

Annotasiya. Məqalədə hərbi mətbuatın müasir informasiya müharibə sindəki rolu Azərbaycan təcrübəsi əsasında araşdırılır, 2020-ci il Vətən müharibəsi dövründə onun vəzifə və funksiyaları, informasiya siyasəti, sosial media strategiyaları və beynəlxalq kommunikasiya fəaliyyətləri təhlil olunur. Məqalədə peşəkar və koordinasiyalı hərbi informasiya si yasətinin yalnız cəbhədə deyil, həm də informasiya məkanında üstünlü yü təmin etməsindən bəhs edilir, mövcud struktur və kadr problemləri nəzərdən keçirilərək həlli istiqamətində təkliflər irəli sürülür. Tədqiqatda hərbi mətbuatın strateji kommunikasiya aləti kimi əhəmiyyəti elmi və praktiki müstəvidə əsaslandırılır. Eyni zamanda informasiya məkanında rəqəmsal medianın, sosial şəbəkələrin və kiberməkandakı kommunika siya vasitələrinin artan rolundan bəhs edilir. Məqalədə, həmçinin hərbi mətbuat sahəsində mövcud problemlər – ixtisaslaşmış kadr çatışmazlığı, rəqəmsal təhlükəsizlik riskləri və koordinasiya boşluqları təhlil olunmuş, onların aradan qaldırılması üçün perspektiv inkişaf istiqamətləri irəli sü rülmüşdür.

Açar sözlər: Vətən müharibəsi, hərbi mətbuat, informasiya müharibəsi, strateji kommunikasiya, sosial media, milli təhlükəsizlik.

Yüklə Öncəki səhifə