Nəbi Mahmudov


TƏHSİLALANIN NAİLİYYƏT SƏVİYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİNƏ YENİ YANAŞMA

Annotasiya. Məqalədə təhsilalanın nailiyyət səviyyəsinin qiymətləndirilməsinə yeni yanaşmalar təhlil olunur. Bu yanaşma təhsilverənə təhsilalanın fəaliyyətini izləməyi, bacarıq səviyyəsini nəzərə almağı və nailiyyət səviyyəsini düzgün qiymətləndirməyi diktə edir. Çətinlik dərəcəsi ilə fərqlənən vasitələrin qiymətləndirilməsi zamanı təhsilalanların qiymətləndirmə ballarının da fərqləndirilməsi, I səviyyəli qiymətləndirmə vasitəsi ilə IV səviyyəli qiymətləndirmə vasitəsinə verilən balların bir-birindən dörd dəfə fərqli olması təklif olunur. Qiymətləndirmə vasitələrinin qiymətləndirilməsi zamanı tam həll ilə yanaşı, yarımçıq həllərin də (doğru və səhv cavablarla yanaşı, həm yarımdoğru, həm də doğru və səhv cavablara yaxın cavabların) nəzərə alınması tövsiyə edilir. Qiymətləndirmə vasitələrinin sayından asılı olmayaraq, təhsilalanın nailiyyət səviyyəsinin 100 ballıq şkala üzrə qiymətləndirilməsi üçün ümumi düstur verilir.

Açar sözlər: təhsilalan, fəaliyyətin izlənilməsi, qiymətləndirmə vasitəsi, doğru, yarım doğru və səhv cavablar, doğru və səhv cavablara yaxın cavablar, düstur.

Yüklə Öncəki səhifə