Nigar Muradova


REAL MƏKTƏBİN YENİ BİNASININ LAYİHƏ MODELİ: İBTİDAİ MƏKTƏB ÜÇÜN PEDAQOJİ KADR HAZIRLIĞININ MÜASİR TƏHSİL MƏKANI

Annotasiya. Məqalədə Qafqazda nümunəvi təhsil müəssisələrindən biri olan Şuşa Real məktəbindən danışılır. Şuşa Real məktəbinin ibtidai sinif müəllimlərinin hazırlanması sahəsində milli təhsil məkanının xüsusi amili kimi tarixi əhəmiyyəti qeyd olunur. Məktəbin müəllimləri arasında Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov, Haşım bəy Vəzirov, Mirzə Sadıq Lətifov, Əhməd bəy Ağayev, məzunları arasında Üzeyir Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Xan Şuşinski və bir çox görkəmli şəxsiyyətlər olmuşdur. Real məktəbin binası özəlliyi ilə səciyyələnir. Məqalədə onun yeni, müasir binasının layihəsi, həmçinin yeni binanın memarlıq dizaynı ilə bağlı istiqamətlər verilmişdir. Layihənin hazırlanmasında əsas məqsəd abituriyentlər arasından ibtidai siniflər üçün gənc və bacarıqlı pedaqoji kadrların hazırlanması məqsədi ilə Azərbaycan məktəblərinin ən yaxşı məzunlarını cəlb etməkdir.

Açar sözlər: real məktəb, yeni bina, müasir təhsil modelinin layihəsi, pedaqoji kadr hazırlığı, ibtidai məktəb müəllimləri.

 

Yüklə Öncəki səhifə