Nigar Şahhüseynbəyova


Annotasiya. Məqalə Azərbaycanda təhsilalanların tədris prosesində fiziki, psixi və mənəvi sağlamlıqlarının qorunmasına kömək edən, onların sosiallaşmasına təsir göstərən texnologiyaların yaradılması problemlərinə həsr edilmişdir. Problemin aktuallığı bu baxımdan əsaslandırılır və təhsilalanların sağlamlığını qorumaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməklə yanaşı, uğurlu sosiallaşmalarına şərait yaradan texnologiyaların tətbiqi ilə bağlı təcrübənin ətraflı təsviri verilir. İdrak proseslərinin müstəqillik, maraq, fəallıq və təşəbbüskarlığın formalaşması ilə bağlı inkişaf etdirildiyi bildirilir. Məqalədə şagirdlərin səhhətini qoruyan sağlam təhsil texnologiyalarının tətbiq edilməsinin səmərəliliyini göstərən və müqayisə xarakterli monitorinqlərin nəticələri təqdim olunur.

Açar sözlər: sağlamlığı qoruyan texnologiyalar, sağlam təhsil, məktəb, şəxsiyyətin formalaşması, sosiallaşma, insanlararası münasibətlər, hərəki fəallıq.

Yüklə Öncəki səhifə