ORTA MƏKTƏBLƏRDƏ NƏSR ƏSƏRLƏRİNİN TƏDRİSİ ÜZRƏ TÖVSİYƏLƏR
(Ə.Qədirinin “Ötən günlər” əsərinin timsalında)
Annotasiya. Bu məqalədə ümumtəhsil məktəblərində nəsr əsərlərinin tədrisi, xüsusilə Abdulla Qədirinin “Ötən günlər” romanının dərs prosesində istifadəsi məsələləri araşdırılır. Məqalədə müəllif yazıçının şəxsi keyfiyyətləri və yaradı cılıq xüsusiyyətlərinin şagirdlərə aydın şəkildə çatdırılması, onun bədii düşüncə tərzinin mənimsədilməsi və müəllimin sinifdə əməkdaşlıq və empatiya mühi ti yaratmaq bacarığı kimi mühüm pedaqoji amillərin əhəmiyyətini vurğulayır. Ədəbi təhlil və interpretasiya vasitəsilə müəllifin özünəməxsus üslubunun, yara dıcılıq qabiliyyətlərinin və mənəvi-estetik dəyərlərə münasibətinin öyrədilməsi nin yolları göstərilir. Məqalədə “Gəlin birlikdə oxuyaq” texnikası, blist oyunu, diaqramlar və interaktiv dərs metodları kimi tədris vasitələrinin tətbiqi ilə şagird lərin düşünmə, analiz və müstəqil fikir yürütmə bacarıqlarının inkişafına necə nail olmağın yolları nəzərdən keçirilir. Sonda bu yanaşmaların şagirdlərin mənə vi tərbiyəsinə və şəxsiyyət kimi formalaşmasına xidmət etdiyi nəticəsi çıxarılır.
Açar sözlər: Tədris üsulları, həvəsləndirici kart, sual vərəqi, cədvəllər, diaqram, İnteraktiv, “Gəlin birlikdə oxuyaq” texnikası, blist oyunu.