Nüşabə Ağalarova


İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ LAKONİK NİTQ BACARIQLARININ AŞILANMASI YOLLARI

Annotasiya. Məqalədə ibtidai sinif şagirdlərində nitq mədəniyyəti və lakonik dil bacarıqlarının formalaşdırılması yollarından söhbət gedir. Müasir dövrün tələblərindən biri olan lakonik dil bacarıqlarının vacibliyi xüsusi vurğulanır. Fikrin aydın və yığcam çatdırılması bacarığı insanlar üçün vacib cəhətlərdən biridir. Fikri həm yazılı, həm də şifahi formada lakonik ifadə etmək bacarıqlarının aşılanmasına ibtidai siniflərdən başlamaq məqsədə uyğundur. Şagirdlərin lakonik nitq vərdişlərinə yiyələnmələrində ibtidai sinif müəlliminin xüsusi rolu var. İbtidai siniflərdə tədris olunan fənlərin bir çoxu eyni müəllimə həvalə olunur. Buna görə də ibtidai sinif müəllimlərinin məlumatların lakonik şəkildə ifadə edilməsi bacarığının şagirdlərə aşılanması imkanları daha genişdir. Müəllifin fikrincə, məlumatı lakonik şəkildə ifadə etmək bacarığı insanın söz ehtiyatlarının zənginliyinin təcəssümüdür. Bu mənada şagirdlərə lakonik nitq bacarıqları aşılanmazdan əvvəl onların dilinin zənginləşdirilməsi vacibdir.

Açar sözlər: lakonik nitq bacarıqları, nitq etiketləri, nitq mədəniyyəti, ritorika, intonasiya, ünsiyyət, məzmun xətti.

Yüklə Öncəki səhifə