MƏKTƏBƏQƏDƏR TƏHSİLDƏ UŞAQLARIN İNTİZAM TƏRBİYƏSİ VƏ ONUN BƏZİ PROBLEMLƏRİ
Annotasiya. Məqalədə intizam tərbiyəsi müasir yaradıcı fəallığa malik, milli və bəşəri dəyərləri özündə əks etdirməyə qadir insan tərbiyəsinin mühüm şərti kimi qiymətləndirilmiş, uşaq şəxsiyyətinə hörmət və tələbyönümlülüyə əsaslanan müasir təhsildə intizam tərbiyəsinə nail olmağın əsas istiqamətləri araşdırılaraq təhlil edilmişdir. Qeyd edilmişdir ki, pedaqoji prosesin elmi əsaslarına, övladının psixo-fizioloji xüsusiyyətlərinə bələd olmayan valideynlərin məsləhət, göstəriş və tələbləri əsasında təhsil müəssisəsinin gün rejimi norma və qaydalarını dəyişmək olmaz, yəni uşaqyönümlü, humanist təhsil heç də valideynlərin pedaqoji prosesə müdaxilə edə bilməsi demək deyil. Çünki bu, uşaqlarda bəzi psixoloji çətinliklər yarada bilər. Məqalədə bir sıra psixo-pedaqoji problemlərə nəzər salınmış, onların həlli yolları istiqamətində müəyyən təkliflər irəli sürülmüşdür. Məqalədə bir çox məktəbəqədər təhsil müəssisələrində proqramdan kənar məşğələlərin təşkilinin (repetitorluq fəaliyyəti) gündəlik rejimin norma və qaydalarına göstərdiyi mənfi təsirlər təhlil olunmuşdur.
Açar sözlər: təhsil proqramı, intizam tərbiyəsi, valideyn məsuliyyəti, milli və bəşəri dəyərlər, müasir insan tərbiyəsi.