Rəqsanə Abdurəhimova


“TƏSVİRİ SƏNƏT” MATERİALLARININ OPTİMAL TƏDRİSİ ƏXLAQİ-MƏNƏVİ DƏYƏRLƏRİN MƏNİMSƏDİLMƏSİNİN MÜHÜM VASİTƏSİ KİMİ

Annotasiya. Məqalədə ibtidai sinif şagirdlərində əxlaqi-mənəvi dəyərlərin formalaşdırılmasında “Təsviri sənət” fənninin rolu elmi-pedaqoji aspektdə sistemli şəkildə təhlil edilmişdir. Qeyd olunur ki, təsviri sənət yalnız estetik tərbiyənin və yaradıcılıq qabiliyyətlərinin inkişafına deyil, həm də şagirdlərdə vətənpərvərlik, əməksevərlik, məsuliyyət, empatiya, tolerantlıq və milli-mənəvi dəyərlərin formalaşmasına xidmət edir. Məqalədə təsviri sənətin növləri, onların təlim prosesində tətbiqi imkanları və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun istifadəsi məsələləri təhlil edilmişdir. Bundan başqa, təsviri sənət dərslərində milli-mədəni irsin, xalq yaradıcılığı nümunələrinin, rəssamların əsərlərinin və təbiət mövzularının öyrənilməsinin şagirdlərin mənəviyyatının zənginləşməsinə müsbət təsirləri şərh edilmişdir. Müxtəlif siniflər üzrə təqdim olunan praktik nümunələr göstərir ki, rəsm əsərlərinin müşahidəsi, təhlili və yaradıcı fəaliyyətlər şagirdlərdə estetik tərbiyə və dünyagörüşünü formalaşdırır, onların əxlaqi-mənəvi keyfiyyətlərinin inkişafına şərait yaradır. Nəticə etibarilə, “Təsviri sənət” fənninin məqsədyönlü və sistemli tədrisi ibtidai sinif şagirdlərinin hərtərəfli inkişafına, milli və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyəsinə, həmçinin onların yaradıcı və sosial bacarıqlarının formalaşmasına mühüm töhfə verir.

Açar sözlər: “Təsviri sənət” fənni, əxlaqi-mənəvi dəyərlər, estetik tərbiyə, kiçikyaşlı məktəblilər, yaradıcılıq, pedaqoji yanaşma.

Yüklə Öncəki səhifə