Ruqiyyə Tağıyeva


İBTİDAİ SİNİFLƏRDƏ TƏLİM PROSESİNƏ SÜNİ İNTELLEKTİN SƏMƏRƏLİ İNTEQRASİYASI

Annotasiya. Tədqiqatda süni intellektin ibtidai siniflərdə təlim prosesinə inteq rasiyası, eləcə də onun müəllimlik peşəsi və təhsilin keyfiyyətinə təsirləri geniş şərh olunmuşdur. Süni intellekt texnologiyalarının köməyi ilə fərdi öyrənmə prosesində yaranan geniş imkanların şagirdlərin bilik və bacarıqlarının inkişafındakı rolu müəyyən edilmişdir. Eyni zamanda tədqiqat zamanı ibtidai sinif şagirdlərinin yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla, süni intellekt texnologiyalarından həddindən artıq istifadənin mümkün riskləri – sosial ünsiyyətin zəifləməsi, texnologiyadan asılılıq, məlumat təhlükəsizliyi və bərabər təhsil imkanları ilə bağlı problemlər müzakirə edilmiş, şagirdlərin müəllimlər və digər şagirdlərlə ünsiyyət prosesində formalaşan sosial və emosional bacarıqları elmi-pedaqoji baxımdan təhlil edilmişdir. Tədqiqat çərçivəsində müəllimlərin iş yükünün azaldılması, tədrisin səmərəliliyinin artırılması imkanları şərh olunmuş, süni intellektin ibtidai təhsilə təsiri, gələcəkdə öyrənmə və inkişaf təməlinin yaradılması yolları araşdırılmışdır. Kiçik yaşlı məktəblilərin anlayış səviyyələrinin, öyrənmə templərinin və maraqlarının müxtəlifliyi nəzərə alınaraq, bu fərqliliklərdən irəli gələn boşluqların süni intellekt texnologiyaları vasitəsilə effektiv şəkildə aradan qaldırıla biləcəyi göstərilmişdir.

Açar sözlər: ibtidai təhsil, süni intellekt, inteqrasiya, şagird, müəllim, öyrənmə, inkişaf.

Yüklə Öncəki səhifə