Sara Bayramova


İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASININ AZƏRBAYCANLI MÜƏLLİM KADRLARININ HAZIRLIĞINA TƏSİRİ

Annotasiya. Məqalədə İrəvan xanlığının çar Rusiyasında və sovet dövründə “erməniləşdirilməsi” prosesi kontekstində Azərbaycan milli ziyalılarının mübarizəsinə sovet dövrünün gətirdiyi əsas xüsusiyyətlər tarixi-pedaqoji aspektdə araşdırılır. Qeyd olunur ki, İrəvan Müəllimlər Seminariyası yalnız tədris müəssisəsi kimi deyil, eyni zamanda İrəvanda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında və formalaşmasında da böyük rol oynayırdı. Həmçinin o da qeyd olunur ki, 1918-ci ildə İrəvanda azərbaycanlıların soyqırımının nəticəsində bağlanmaq məcburiyyətində qalan seminariyanın öz fəaliyyətini yenidən davam etdirməsi mümkün olmadı, lakin irəvanlı ziyalılar sovet hakimiyyəti illərində də mübarizələrini davam etdirərək, bu məktəbin fəaliyyətinin bərpa olunması üçün ciddi səy göstərmişlər.

Açar sözlər: Azərbaycan maarifçiliyi, İrəvan Müəllimlər Seminariyası, orta ixtisas təhsili, milli maarifçilik mübarizəsi, müasir baxış, yeni tipli məktəblər.

Yüklə Öncəki səhifə