Məqalədə qeyd olunur ki, bu gün respublikamızda təhsil sahəsində islahatlar həyata keçirilir. Təhsillə bağlı yeni infrastrukturlar yaradılır, məzmun yeniləşdirilir, müəllim kadrlarının hazırlığında yeni yanaşmalar tətbiq olunur. Bütün bunlara baxmayaraq, təhsildə uğur qazanmaq üçün bunlar kifayət etmir, çünki valideynlərin böyük əksəriyyətinin uşaqların təlim-tərbiyəsi ilə bağlı baxışları müasir tələblərə cavab vermir. Ailə-məktəb əlaqələri ildən-ilə, şagirdlər yuxarı siniflərə keçdikcə zəifləyir. Valideynlərin pedaqoji bacarıqları təhsil islahatlarının tələblərindən geri qalır. Məqalədə ailə-məktəb əməkdaşlığının valideynlərdə pedaqoji kompetensiyaların formalaşmasına təsiri araşdırılmış, valideynlərdə pedaqoji bacarıqların inkişafının müxtəlif modelləri, valideyn-müəllim əməkdaşlığının ənənəvi və qeyri-ənənəvi formaları təhlil olunmuşdur.
Açar sözlər: pedaqoji səriştə, əməkdaşlıq, məktəb, səriştəli valideynlər, təhsil.