Şəhla Həsənova


TƏLİM PROSESİNDƏ DİDAKTİK OYUNLARDAN İSTİFADƏ

Annotasiya. Məqalədə məktəbəqədər və ibtidai təhsildə tətbiq olunan didaktik oyunlardan və onların xüsusiyyətlərindən söhbət gedir. Məktəbəqədər yaşlı uşaqlarda və kiçikyaşlı məktəblilərdə idrak prosesinin inkişafı, onların təlimə maraqlarının artırılması, fəallıqlarının təmin edilməsi baxımından didaktik oyunların tətbiqinin səmərəliliyi diqqətə çatdırılır. Müəllif qaydalı oyunların təsnifatı haqqında məlumat verir, didaktik oyunlardan istifadənin strukturunu açıqlayır, bura daxil olan müxtəlif komponentlərin izahını verir. Məqalədə vurğulanır ki, didaktik oyunların təşkili zamanı bütün struktur elementlərə diqqətlə yanaşılmalı, hər bir element hesaba alınmalıdır. Həmçinin didaktik oyunların uşağın şəxsiyyət kimi formalaşmasında böyük rol oynadığı nəzərə çatdırılır.

Açar sözlər: təlim prosesi, didaktik oyunlar, müəllim, kiçikyaşlı məktəbli, qaydalı oyunlar, oyun elementlər

Yüklə Öncəki səhifə