Səidə Əhmədova


Məqalədə müasir məktəblərdə şagird–şagird, müəllim–şagird, müəllim–valideyn, valideyn–uşaq, məktəb–valideyn–şagird üçbucağında rast gəlinən, valideynləri, eləcə də təhsil ictimaiyyətini narahat edən münaqişələrdən, xüsusən məktəb münaqişələrinin xüsusiyyətlərindən, onların yaranma səbəbləri və bu problemi aradan qaldırmağın yollarından bəhs edilir. Müəllif məqalədə məktəb mühitində geniş münasibətlər diapazonuna daxil olan, təlim-tərbiyə prosesində münaqişələr ardıcıllığında inkişaf edən müəllim, şagird və valideynlərin qarşılaşdıqları çətinliklərin səbəbini valideynlərin övladlarına qarşı etinasızlığında, onlara kifayət qədər diqqət göstərilməməsində, lazımi qədər vaxt ayrılmamasında, bəzi hallarda isə münaqişəli valideyn, müəllim, sinif rəhbəri, şagird şəxsiyyətlərində görür. Təcrübə göstərir ki, müasir dövrdə avtoritar mühit gərginliyi artırır, onun nəticəsi isə apatiya ilə, həyatdan küskünlük və ya təcavüzkarlıqla nəticələnir ki, bu da öz növbəsində, bir çox hallarda münasibətlərin kəskin şəkildə pozulmasına, bəzən də şəxsiyyətin deformasiyasına gətirib çıxarır. Problemi vaxtında aşkar etmək, onu daha tez və konstruktiv yollarla aradan qaldırmaq bir sıra fəsadların qarşısının alınmasına şərait yarada bilər.

Açar sözlər: münaqişə (konflikt), məktəb, yeniyetmə, müəllim, şagird, valideyn, profilaktika, psixokorreksiya.

Yüklə Öncəki səhifə