Şərafət Baxışova


MƏKTƏBƏQƏDƏR TƏHSİLİN MƏZMUNUNA YENİ YANAŞMALAR

Annotasiya. Məqalədə müasir dövrdə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət proqramının yenidən formalaşdırılması haqqında danışılır. Qeyd olunur ki, bu, iqtisadi, sosial-mədəni, normativ-hüquqi sənədlər kompleksi əsasında həyata keçirilməlidir. Bununla əlaqədar olaraq, məktəbəqədər təhsil müəssisələrinin idarəetmə sistemi çərçivəsində bu sahədə baş verən yenilikləri özündə əks etdirən tədris proqramının yaradılması zəruridir. Mühit və zaman dəyişdikcə, məktəbəqədər təhsilin məzmununda köklü dəyişikliklərin edilməsi dövrün tələbidir. Məktəbəqədər təhsil sisteminə tətbiq edilən müasir pedaqoji texnologiyaların, innovasiyaların istifadəsində məqsəd uşaqların intellektual və ümumi inkişafına təkan verməkdir. Müasir dövrdə uşaqlarda məntiqi yaradıcı təfəkkürü, ünsiyyət mədəniyyətini formalaşdırmaq, onları praktik fəaliyyətə real olaraq hazırlamaq üçün istifadə edilən yeni metod və texnologiyaları klassik pedaqoji irsimizə söykənərək cilalamalı, bununla da kamil insanın, fəal vətəndaşın yetişməsi üçün şərait yaratmalıyıq.

Açar sözlər: məktəbəqədər yaşlı uşaq, məktəbəqədər dövr, pedaqoji proses, əqli və intellektual inkişaf, şəxsiyyət, keyfiyyətin yüksəldilməsi.

Yüklə Öncəki səhifə