Sevda Abbasova


ŞAGİRDLƏRƏ NİTQ MƏDƏNİYYƏTİ NORMALARININ AŞILANMASI

Annotasiya. Nitq mədəniyyəti normalarının öyrənilməsi, onların kütləviləşdirilməsi və tətbiqi Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Ulu öndər hələ Sovet hakimiyyəti illərində də nitq mədəniyyətinin inkişafına diqqət və qayğı göstərirdi. Məlumdur ki, ana dilinin istifadə mühitinin genişlənməsi cəmiyyətdə milli ideologiyaya aparan tendensiyaya çevrilə bilər. Ulu öndər 1978-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ana dilinin dövlət dili kimi təsdiq edilməsinə nail olmuşdur. 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ana dili milli ideologiyanın formalaşmasında əsas rol oynadı. Nitqin strateji əhəmiyyəti prezident İlham Əliyevin imzaladığı sərəncamlarda da öz əksini tapır. Məqalədə qeyd olunur ki, yalnız mütəxəssislər, ziyalılar, məktəblilər deyil, hər kəs nitq mədəniyyəti normalarına yiyələnməlidir. Onun öyrənilməsi, tədqiqi, tətbiqi və tədrisi dövrümüzün aktual elmi problemlərindəndir. “Nitq mədəniyyəti” anlayışı nitqin yüksək kommunikativ xüsusiyyətlərini müəyyənləşdirməyə və inkişaf etdirməyə meyillidir. Ünsiyyət quran şəxs nitq haqqında bir sıra bilik və bacarıqlara malik olmalı, mükəmməl nitq nümunələrini, düzgün nitq qaydalarını bilməlidir.

Açar sözlər: şəxsiyyətin inkişafı, müasir tələblər, nitq mədəniyyəti, təhsil prosesi, kommunikativ xüsusiyyətlər, nitq qaydaları.

Yüklə Öncəki səhifə