Sevda Tağıyeva


TƏLİM-TƏRBİYƏ PROSESİNDƏ MOTİVASİYANIN YÜKSƏLDİLMƏSİ YOLLARI

Annotasiya. Məqalədə müasir dövrdə təlim-tərbiyə prosesində motivasiyanın şagirdlərin öyrənmə fəaliyyətinə, onların şəxsiyyət kimi formalaşmalarına müsbət təsir göstərməsi, öyrənməni stimullaşdırması imkanları tədqiqata cəlb edilir. Motivasiyanın şagirdlərdə özünəinam, özünüqiymətləndirmə, özünütənzimləmə kimi hisslərin formalaşmasındakı əhəmiyyətli rolu təhlil olunur, eyni zamanda təlim-tərbiyə prosesində motivasiyanın yüksəldilməsinin şagirdlərin vaxtını düzgün idarə etmələri, onlarda innovasiya və texnologiyalara maraq və həvəsin artmasına zəmin yaratması yolları araşdırılır. Qeyd olunur ki, məhz bu nöqteyi-nəzərdən təlim-tərbiyə prosesində motivasiyanın yüksəldilməsi ücün müəllimlər, şagirdlər və valideynlərin birgə səy göstərmələri, təlim strategiyalarından düzgün istifadə etmələri bu istiqamətdə vacib hesab edilən məsələdir. Belə olan halda şagirdlərdə yeni biliklər qazanmağa həvəs yaranır, onlarda maraq və özünəinam hissi formalaşır.

Açar sözlər: motivasiya anlayışı, tədris motivləri, motivasiyanın aspektləri, motivasiyanın formalaşması, motivasiyanın mərhələləri, motivasiyanın həyata keçirilməsi, motivasiya sferası.

Yüklə Öncəki səhifə