AZƏRBAYCANDA İNTERNET MEDİA VƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏLƏRİ
Annotasiya. Tədqiqat Azərbaycanda internet media və informasiya təhlükəsizliyi problemlərinin araşdırılmasına həsr olunub. Qloballaşan dünyada istər milli, istərsə də beynəlxalq səviyyədə informasiya təh lükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması məsələsi tədqiqatın müzakirə mövzusudur. Qeyd olunur ki, bu istiqamətdə fəaliyyətin başlı ca məqsədi insan, cəmiyyət və dövlət maraqlarının qorunmasıdır və son zamanlar Azərbaycanın informasiya məkanına, o cümlədən dövlət, özəl və qeyri-hökumət təşkilatlarının, fiziki şəxslərin sahib olduğu informa siya ehtiyatlarına və infrastrukturlarına, bu ehtiyatlarda olan məlumatla rın həyat boyu proseslərinə, həmin proseslər üçün istifadə olunan maddi və qeyri-maddi obyektlərə və onlar arasında əlaqələrə qarşı – texnoloji cəhətdən çoxşaxəli hücumlar genişlənməkdədir. Tədqiqatda Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə kiberməkanda dövlət müstəqilli yinin, milli maraqların qorunması, informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin təkmilləşdirilməsi və informasiya təhlükəsizli yinin texnoloji infrastruktur komponentlərinin yaradılması istiqamətində aparılan məqsədyönlü işlər təhlil edilir.
Açar sözlər: KİV, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, media, texnologiya.