Təranə İsmayılova


Annotasiya. Məqalədə sağlam təhsil siniflərində pedaqoji texnologiyaların tətbiqindən söhbət gedir. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərtərəfli formalaşması üçün onların idraki inkişafı, mənəvi dünyası və dəyərlərə münasibəti, fiziki inkişafı sistemli şəkildə təşkil edilməlidir. Sağlam təhsil siniflərində şagirdin hərtərəfli formalaşması məqsədi ilə yuxarıda sadaladıqlarımız tam nəzərə alınır. Məqalədə “Sağlam Təhsil – Sağlam Millət!” devizi ilə fəaliyyət göstərən siniflərdə istifadə olunan pedaqoji texnologiyalar barədə ətraflı məlumat verilmişdir. Şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılmasında əsas yük və başlıca vəzifə ümumtəhsil məktəblərinin üzərinə düşür. Məktəb yalnız şagirdin təlim-tərbiyəsi ilə məşğul olmalı deyil, həm də onun sağlamlığının qeydinə qalmalıdır. İnsanın hərtərəfli formalaşması üçün sağlam təhsilin əhəmiyyəti danılmazdır.

Açar sözlər: sağlamlıq, pedaqoji texnologiyalar, həkkolma, əl işi, nitq quruculuğu, psixi-fiziki sağlamlıq, milli-əxlaqi dəyərlər.

Yüklə Öncəki səhifə