Uğurcan Togay


MÜƏLLIMLƏRIN KARYERA PROBLEMLƏRI VƏ TƏŞKILATİ SINİZMİN ONA TƏSIR İMKANLARININ ARAŞDIRILMASI

Annotasiya. Bu araşdırma ibtidai təhsil müəssisələrində çalışan müəllimlərin qarşılaşdıqları karyera maneələri ilə onların təşkilati sinizmi arasında olan əlaqələri aşkar etmək və bununla bağlı qarşılaşdıqları karyera maneələrinin mənbəyini müəyyən etmək məqsədi daşıyır. Bu məqsədi aşkara çıxarmaq üçün tədqiqatda əlaqə (skrininq) modelindən istifadə edilmişdir. Araşdırmalarda qeyri-proporsional seçmə üsulundan istifadə edilib və 340 nəfər müəllimin fikirləri araşdırılıb. Məlumatlar İnandı və Qılıç (2020) tərəfindən hazırlanmış “Müəllimlərin Karyera Maneələri Şkalası” və Oğuz (2012) tərəfindən hazırlanmış “Təşkilati Sinizmin Ölçüləri”ndən istifadə etməklə toplanmışdır. Məlumatların təhlilində korrelyasiya təhlili, reqressiya, t-testi və birtərəfli dispersiya təhlil metodlarından istifadə edilmişdir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, müəllimlərin karyerasında ailəvi, iqtisadi və bürokratik əngəllər baxımından ciddi fərqlər yaranıb. Məlum olmuşdur ki, təşkilati sinizmdə işçilərin qərar qəbul olunmasında iştirakında, müəllimlərin iş stajına görə qarşıya çıxan karyera maneələri və sinizmin bütün ölçülərində əhəmiyyətli fərqlər, karyera maneələri ilə təşkilati sinizm arasında müəyyən əlaqələr var və bu, onu əhəmiyyətli dərəcədə proqnozlaşdırır.

Açar sözlər: karyera maneələri, təşkilati sinizm, müəllimlər, idarəçilər

Yüklə Öncəki səhifə