Uğurcan Toqay


MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN NİTQ LƏNGİMƏSİNİN DİLİN İNKİŞAFI BAXIMINDAN ARAŞDIRILMASI

Annotasiya. Tədqiqat işi L.Viqotski tərəfindən yaradılan, məktəbəqədər dövrə aid məsələləri özündə əks etdirən Sosial inkişaf nəzəriyyəsini, xüsusi nitq bacarığı, ətraf mühit və genetik inkişaf haqqında ədəbiyyat araşdırmalarını işıqlandıraraq onun təhsil və təlimdə tətbiq oluna biləcəyi sahələri müəyyənləşdirmək, eyni zamanda məktəbəqədər yaşlı uşaqlarda nitq ləngiməsinin qarşısının alınması yollarını izah etmək məqsədi daşıyır. Araşdırmada, ilk növbədə, dil və nitqin inkişaf dövrü müəyyən edilmiş və bu dövrdə gedən inkişaf prosesi Viqotski nöqteyi-nəzərindən, nitq ləngiməsi olan uşaqların inkişafına uyğun şəkildə izah edilmişdir. Daha sonra məqalədə nitq ləngiməsi olan məktəbəqədər yaşlı uşaqlarda müstəqil nitq bacarığı, onun növləri, inkişaf mərhələləri, ətraf mühit və genetik inkişaf dövrləri işıqlandırılmış və belə uşaqlarda müstəqil nitq bacarıqlarının formalaşdırılması ilə bağlı Piaje və Viqotskinin fərqli yanaşmaları, fikirləri təhlil edilmişdir. Qeyd etmək olar ki, məqalədə, həmçinin nitq ləngiməsi zamanı müstəqil olaraq nitqi inkişaf etdirmənin gündəlik həyatda tətbiqinə dair nümunələr verilmiş, onu təşviq etmək və inkişaf dövrlərini tanıtmaq üçün müəllimlərin və böyüklərin istifadə edə biləcəyi metodlardan bəhs olunmuşdur.

Açar sözlər: məktəbəqədər dövr, nitq ləngiməsi, oyunlar, koqnitiv bacarıqlar, ətraf mühit, dilin inkişafı.

Yüklə Öncəki səhifə