Uğurcan Toqay, Dilara Demirbulak


LAYİHƏ ƏSASLI TƏHSİLİN ŞAGİRDLƏRİN İNGİLİS DİLİNİ ÖYRƏNMƏSİNƏ TƏSİRİ (ibtidai və orta məktəb nümunəsi)

Annotasiya. Məqalədə layihə əsaslı təhsilin şagirdlərin ingilis dilini öyrənməsinə təsirindən söhbət gedir. Qeyd olunur ki, bütün maraqlı tərəflərin nöqteyi-nəzərindən, 2000-ci ildən başlayaraq, xüsusilə dövlət qurumlarında layihənin yazılması, həyata keçirilməsi və maraqlı tərəflər arasında peşəkar inkişafın artdığı görünür. 2010-cu ildən sonra ölkəmizdə layihə əsaslı təhsildən geniş istifadə olunur. Məktəblərdə layihə əsaslı təhsil konstruktiv tədris yanaşması ilə həyata keçirilir. Bu araşdırmada 2010–2022-ci illər arasında Türkiyədə layihə əsaslı öyrənmə ilə ənənəvi təlimi müqayisə edən eksperimental tədqiqatlar meta-analiz metodu ilə müqayisə edilir. Layihə əsaslı öyrənmənin ingilis dilində oxuma və danışmanın inkişafına təsiri araşdırıldıqda, tədqiqatların əksəriyyətinin eksperimental qrupun xeyrinə, yəni müsbət təsir göstərdiyi aydın olur. Bu səbəbdən şagirdlərin akademik biliklərini möhkəmləndirmək, ingilis dilində oxuduqlarını başa düşmək və anladıqlarını danışmaq üçün nəzəri biliklərin öyrənilməsindən sonra bu interaktiv layihənin həyata keçirilməsinin ingilis dilini öyrənmə prosesinə müsbət təsir göstərəcəyi düşünülür.

Açar sözlər: layihə əsaslı öyrənmə, konstruktiv təlim, danışma bacarıqları, öyrənmə nailiyyətləri, meta-sintez metodu

Yüklə Öncəki səhifə