Vahidə Azayeva


EFFEKTİV ÜNSİYYƏTİN TƏMİNİ: DİNLƏYİB ANLAMANIN ƏHƏMİYYƏTİ

Annotasiya. Dinləyib-anlama akademik və şəxsi uğurun əsasını təşkil edir. Məqalədə dinləyib-anlama bacarığının təhsildə artan tələbatı və onun şagirdlərin inkişafına təsiri geniş müstəvidə təhlil olunur. Bildirilir ki, dinləyib-anlama bacarığı yalnız məlumat qəbulu ilə məhdudlaşmır, eyni zamanda ünsiyyət, əməkdaşlıq, tənqidi düşüncə və problem həlletmə bacarıqlarının inkişafına zəmin yaradır. Məqalədə bu bacarıqların forma laşdırılmasına erkən yaşlardan başlamağın vacibliyi vurğulanır. Məktəbəqədər və ibtidai siniflərdə isə hekayələr, oyunlar, müzakirələr və qrup işləri vasitəsilə bu qabiliyyət inkişaf etdirilir. Yeniyetməlik dövründə isə dinləmə tənqidi təfəkkür və analitik düşüncə ilə tamamlanaraq daha da dərinləşir. Məqalədə texnologiyanın dinləyib-anlama bacarığının inkişafında əhəmiyyətli rolu vurğulanır. Səsli dərsliklər, multimedia məz munları və rəqəmsal resurslar şagirdlərin bu bacarığını gücləndirən effektiv vasitələr kimi təqdim olunur. Dinləyib-anlama bacarığının təhsil prosesindəki rolu, inkişafının şagirdlərə təsirləri və müasir təhsil yanaşmalarında bu bacarığın gücləndirilməsi üçün tətbiq edilən metodların araşdırılması məqalənin müzakirə mövzusudur.

Açar sözlər: dinləyib-anlama, şagird inkişafı, tənqidi düşüncə, ünsiyyət, akademik uğur, sosial bacarıqlar, təhsil texnologiyaları.

Yüklə Öncəki səhifə