Vüsalə Əliyeva


MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN İNKİŞAFINDA CİZGİ FİLMLƏRİNİN ROLU

Annotasiya. Məqalədə məşhur cizgi filmlərinin yaranma tarixi, keçdiyi inkişaf yolu və onların uşaqların inkişafına mənfi və müsbət təsirlərindən bəhs edilir. Müxtəlif mövzularda çəkilmiş cizgi filmlərinin uşaq psixologiyasına göstərdiyi şüuraltı təsirlərin nələrdən ibarət olduğu məqalədə geniş şəkildə izah olunur. Qeyd edilir ki, cizgi filmləri uşaqlara milli-mənəvi dəyərlər aşılamaqla, onların maariflənməsində, koqnitiv, linqvistik, sosial-emosional inkişafında faydalı olmaqla yanaşı, tərbiyəsinə mənfi təsir də göstərə bilər. Buna görə də valideynlər və böyüklər tərəfindən uşaq psixologiyasına mənfi təsir göstərə biləcək, hətta sağlamlıqları üçün təhlükə yarada biləcək (aqressiya, qəddarlıq, zorakılıq və s.) cizgi filmlərini izləməyin qarşısı alınmalıdır. Ehtimal olunur ki, tərbiyə vasitələrindən biri olan cizgi filmləri uşaqların yaşına uyğun olmadığı halda onlarda mənfi xüsusiyyətlər formalaşdıra bilər. Milli-mənəvi dəyərlərin (dostluq, xeyirxahlıq, vətənpərvərlik, valideynlərə və böyüklərə hörmət, sevgi və s.) üstünlük təşkil etdiyi mövzularda da cizgi filmləri kifayət qədər çoxdur. Bəzi cizgi filmləri maarifləndirici xarakterli olub, uşaqların yeni bilik və bacarıqlara yiyələnmələrinə təsir göstərir. Bu mövzularda çəkilmiş cizgi filmlərinin uşaqlara aşıladığı müsbət xüsusiyyətlər məqalədə ətraflı şəkildə təhlil olunmuşdur.

Açar sözlər: məktəbəqədər təhsil, məktəbəqədər yaşlı uşaqlar, cizgi filmlərinin mənfi və müsbət tərəfləri, uşaq inkişafı, valideyn nəzarəti.

Yüklə Öncəki səhifə