Xatirə Xəlilova


TƏRBİYƏÇİ-MÜƏLLİM HAZIRLIĞINDA “NİTQ İNKİŞAFI METODİKASI” FƏNNİNƏ YENİ YANAŞMALAR

Annotasiya. Məqalədə tərbiyəçi-müəllim hazırlığında nitq inkişafı metodikası fənninə yeni yanaşmalardan söhbət gedir. Uşaqların rabitəli, əsaslandırılmış, təmiz, zəngin nitqə yiyələnmələrində məktəbəqədər təhsilin xüsusi rolu vardır. Ali və orta-ixtisas təhsili müəssisələrində məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alan tələbələrlə iş zamanı müəllimlər nitq inkişafı metodikası fənninin tədrisinə xüsusi həssaslıqla yanaşmalıdırlar. Bu fənnin tədrisi düzgün aparılarsa, tələbə gələcəkdə tərbiyəçi-müəllim kimi fəaliyyət göstərdiyi zaman uşağın nitqinin inkişaf etdirilməsində çətinliklərlə qarşılaşmaz. Dərslər interaktiv təlim metodu əsasında qurulmalı, inteqrasiya olunmuş dərslərin tətbiqinə çalışmaq, müşahidələr aparmaq, ifadəli oxu tətbiq etmək, ekskursiyalar təşkil etmək və onların təhlilindən, müxtəlif resursların hazırlanması və onlardan istifadə məqamlarından, fənnin tədrisi prosesində əyani vəsaitlərdən, müxtəlif qaydalı oyunların tətbiqindən istifadə olunmalıdır. Tələbələr bütün bu proseslərin birbaşa iştirakçısı olmalıdırlar. Əks təqdirdə, onlar əmək fəaliyyətinə başladıqları zaman çətinliklərlə qarşılaşa bilərlər.

Açar sözlər: praktik metod, nitq inkişafı, resurslar, innovasiyalar, inteqrativlik, məzmun standartları, strategiya.

Yüklə Öncəki səhifə