MƏKTƏBƏQƏDƏR DÖVRDƏ UŞAQLARDA NİTQ FƏALİYYƏTİNİN FORMALAŞDIRILMASI YOLLARI
Annotasiya. Məqalədə məktəbəqədər yaş dövründə uşaqların məşğələ prosesində, ətraf mühitlə tanışlıq zamanı və oyun prosesində nitqinin inkişaf etdirilməsi yollarından bəhs edilir, kiçik qrupdan başlayaraq prinsip və tələblərin qarşılıqlı əlaqəsi tədqiq olunur. Bundan əlavə, məqalədə məktəbəqədər yaşlı uşaqlarda sözlərin düzgün tələffüz qaydaları və onların lüğət ehtiyatının zənginləşdirilməsi yollarının səciyyəvi xüsusiyyətləri araşdırılmışdır. Uşağın məsuliyyətinin artmasında, yoldaşlarının qarşısında şeir söyləmək və nağıl danışmağa alışmasında nitq inkişafı üzrə məşğələlərin əhəmiyyətli rolu vurğulanır. Qeyd edilir ki, nitq inkişafı üzrə məşğələlər, ilk növbədə, uşaqların idrak fəaliyyətinin inkişaf etdirilməsinə və məktəbdə müvəffəqiyyətli təhsillə təmin olunmasına yönəldilir. Bu, uşağın ailədə, körpələr evində, məktəbəqədər müəssisədə öyrəndiklərinin, təlimin inkişafı sahəsindəki bacarıqlarının artırılmasına və prosesin sürətlənməsinə təsir göstərir. Məqalədə, eyni zamanda məktəbəqədər yaşlı uşaqlarla nitq inkişafı üzrə iş prosesində tərbiyəçi-müəllimlərin məşğələ zamanı müəyyən tələbləri nəzərə almaları öz əksini tapmışdır.
Açar sözlər: məktəbəqədər dövr, ana dili, nitq inkişafı, məşğələlərin təşkili, təlim, təhsil.