Zöhrə İsmayılova, İradə Mustafayeva


Annotasiya. Məqalədə təhsilalanların sağlamlığının formalaşmasında təlim-tərbiyə amillərinin rolu barədə aparılan tədqiqatın nəticələri açıqlanır. Aparılan təhlil göstərir ki, təhsil müəssisələrində STS-də işçi səthdə bütün partaların üzərində işıqlanma səviyyəsi 300 lk-dan yüksəkdir, ənənəvi siniflərdə isə I sıranın 1-ci partasında işıqlanma səviyyəsi normaya uyğun olsa da, III sıranın 1-ci partasında işıqlanma normanın 76,6%-ni, 4-cü partada isə 53,3%-ni təşkil edir. Dərs ilinin əvvəli və sonunda əqli iş qabiliyyətinin dinamikasında buraxılan səhvləri artan şagirdlərin sayı ST sinifləri ilə müqayisədə ənənəvi siniflərdə 1,4 dəfə: müvafiq olaraq 39,1% və 27,7%, əksinə, səhvlərinin sayı azalan şagirdlər ST sinfində 1,8 dəfə çox olmuşdur: müvafiq olaraq 38,7% – ST və 21,6%. Bu isə ST siniflərində iş qabiliyyətinin daha yüksək səviyyədə olmasını və yorulmanın gec başlamasını sübut edir (p˂0,05).

Açar sözlər: təhsilalanlar, təlim-tərbiyə şəraiti, sağlamlıq amilləri, dərs cədvəli, iş qabiliyyəti.

Yüklə Öncəki səhifə