MÜƏLLİFLƏR ÜÇÜN TƏLİMAT
• Təqdim edilən məqalə orijinal olmalı, əvvəllər hansısa nəşrdə yayımlanmamalıdır.
• Məqalənin məzmunu və quruluşu aşağıdakı hissələrdən ibarət olmalıdır:
— problemin qoyuluşu (məqalədə həlli axtarılan məsələ);
— məsələnin həlli üçün mövcud metodoloji yanaşmaların təhlili;
— tədqiqat hissəsi;
— dəlillər sistemi və elmi əsaslandırma;
— tədqiqatın nəticələri;
— istifadə edilmiş ədəbiyyat.
• Məqalənin həcmi 8-10 səhifədən ibarət olmalı, Times New Roman (Font 12, sətirarası məsafə 1,15) şriftində yığılmalıdır.
• Məqalənin birinci səhifəsində (Azərbaycan və İngilis dillərində) aşağıdakı məlumatlar yer alır:
— müəllifin adı, soyadı;
— müəllif haqqında qısa məlumat (elmi dərəcə, vəzifə, iş yeri, elektron poçt ünvanı);
— məqalənin adı;
— məqalənin xülasəsi (maksimum 100 söz);
— açar sözlər (5-8 söz).
Məqalənin adı böyük hərflərlə, yarımbaşlıqları isə yalnız ilk hərfi böyük olmaqla, qalın şriftlə, kursivlə yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan, cədvəl və şəkillərdən (həmçinin tənliklər və düsturlardan) əvvəl və sonra bir sətir ara buraxılmalıdır. Səhifələr ardıcıl olaraq aşağı sağ küncdə nömrələnməlidir.
Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sol küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ardıcıl nömrələnməlidir.
• Məqalənin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı əlifba sırası ilə (əvvəl Azərbaycan dilində, sonra xarici dildə), APA Citation formatında aşağıdakı nümunələrə əsasən verilir:
1. a) Kitablara istinad:
Əliyev, F. Ə., Ağayev, Ş. S. (2011). Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri. Bakı, Elm nəşriyyatı, 151 s.
1. b) Jurnallara istinad:
Mikayıllı, B. (2023). Müəllimlərin sertifikasiyası: Amerika Birləşmiş Ştatları təcrübəsindən. “Məktəbəqədər və ibtidai təhsil” jurnalı. №3, səh. 9-23.
1. c) İnternet səhifələri:
UNESCO (2013). World Heritage list. http://whc.unesco.org/en/list
• Əlyazmalar Microsoft Word formatında qəbul olunur.
• Təqdim edilən məqalələr redaksiyada nəzərdən keçirildikdən sonra oxunuş üçün (müəllifin adı gizlin saxlanılmaqla) mütəxəssislərə göndərilir. Məqalə jurnalın profilinə uyğun olduğu təqdirdə və tələblərə cavab verərsə, çapa təqdim edilir. Müəllif istəsə, ona məqaləsinin qəbul edilməsi barədə sənəd verilə bilər. Məqalələr növbəlilik prinsipi ilə dərc edilir.
• Məqalədə istifadə olunan ədəbiyyatlarda son 5–10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrə üstünlük verilməlidir.
• Müəlliflik hüquqları
Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları «Məktəbəqədər və ibtidai təhsil» jurnalına aiddir. Jurnalda çap edilmiş məqalələrin eyni ilə digər nəşrlərdə (məqalənin tezis şəklində dərc olunmuş variantı istisna olunmaqla) dərcinə yalnız redaksiyanın yazılı icazəsi, sitatların verilməsinə isə mənbə göstərilmək şərti ilə yol verilir. Əvvəllər çap olunmuş və ya çap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş əlyazmaların jurnala təqdim edilməsi müəlliflik etikasına ziddir.
Yuxarıda göstərilən tələblərə cavab verməyən məqalələr qəbul edilmir. Dərc olunmuş məqaləyə görə müəllifə jurnalın bir nüsxəsinin verilməsi nəzərdə tutulur.
E-mail: info@ppe-journal.edu.az