İSTEDADLI UŞAQLARIN ERKƏN AŞKARA ÇIXARILMASI VƏ TƏLİM-TƏRBİYƏ İŞİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI Seyyub Əsədov Şirvan şəhəri, T.Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi

İSTEDADLI UŞAQLARIN ERKƏN AŞKARA ÇIXARILMASI VƏ TƏLİM-TƏRBİYƏ İŞİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI

Annotasiya. Məqalədə istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün mövcud texnika və metodların təhlili, gələcək inkişafın zəruriliyi və təhsilin fərdiləşdirilməsi istiqamətində atılacaq mümkün addımlar haqqında təhlillər aparılır. Son zamanlar cəmiyyətdə istedadlı uşaqların yetişdirilməsinə, təliminə və inkişafına xüsusi ehtiyac yaranıb. İstedadlı uşaqlar ölkəmizin intellektual kapitalıdır. Problemi tədqiq edərkən məlum oldu ki, “istedad” sistemli anlayışdır, ona görə də istedadlı uşaqların müəyyən edilməsi, onlarla işin təşkili mürəkkəb prosesdir. İstedadlı uşaqların inkişafı, tərbiyəsi və təhsilində onlara müxtəlif sosial amillərin, ailə, məktəb və həmyaşıdlar qrupunun təsiri böyükdür.

Açar sözlər: istedad, istedadın növləri, pedaqoji yanaşma, təhsildə fərdiləşdirmə, cəmiyyət və infuziya, sosial təcrübə və sosiallaşma, yaradıcılıq və mikromühit.

Giriş / Introduction

Müasir pedaqogikanın ən mühüm vəzifələrindən biri istedadlı uşaqların erkən aşkara çıxarılması, dəstəklənməsi, tədris və inkişafı prosesinin təşkilidir. Həyat dinamikasının sürətlənməsi, cəmiyyətin insan potensialının, onun inkişafının əsas resursu kimi dərk edilməsi, emosional və informasiya yükünün artması, insanın fəal, yaradıcı şəxsiyyət kimi hərtərəfli inkişaf etməsini tələb edir. Bu sahədə göstərilən intellektual səylər, təhsilə verilən tələblər və fərdin sosial məsuliyyəti – bütün bunlar istedadlı uşaqlarla işləməyin aktuallığının dərk olunmasına kömək edir. İstedadlı uşaqların şəxsiyyətinın formalaşmasında onlarla aparılan psixoloji-pedaqoji iş mühüm yer tutur. Bu sahədə ortaya çıxan ən ciddi problemlər bunlardır: – istedadlı uşaqların fərdi, psixoloji xüsusiyyətləri ilə məktəbəqədər, ibtidai və orta təhsil pillələrində onların qarşısına qoyulan tələblər, qaydalar və standartlar arasındakı uyğunsuzluq problemi; – istedadlı uşaqların öz həmyaşıdları ilə ünsiyyət və qarşılıqlı əlaqə problemləri; – istedadlı uşaqları aşkara çıxaran müəllimlərin, valideynlərin kifayət qədər psixoloji-pedaqoji səriştəliliyinin olmaması problemi. Tədqiqatın məqsədi istedadlı uşaqların təhsilinə psixoloji-pedaqoji dəstəyin həyata keçirilməsinin mahiyyətini, xüsusiyyətlərini, məzmun və metodikasını müəyyən etməkdir. Tədqiqatın obyektini istedadlı uşaqların tərbiyə prosesi təşkil edir. Tədqiqatın predmeti istedadlı uşaqlarla psixoloji-pedaqoji işin aparılması sistemidir. Tədqiqatın özündə ehtiva etdiyi məqsədlərdən biri də istedadlı uşaqların tərbiyəsinə psixoloji-pedaqoji dəstək olmaqdır ki, bu da aşağıdakı hallarda effektiv olacaqdır: – istedadlılığın elmi cəhətdən əsaslandırılmış meyarlarına əsasən üç komponentin təlim, tərbiyə və inkişaf kontekstində uşaqların istedadına kompleks yanaşılmalıdır; – uşaqların inkişaf dövrünün müxtəlif mərhələlərində onların istedadının dərin, obyektiv diaqnostikası və geniş istifadəsi nəzərdə tutulur; – istedadlı uşaqların təhsilinin təşkilinin əsas prinsipləri tətbiq edilir; – istedadlı uşaqların tərbiyəsi, təlimi və inkişafının didaktik və psixoloji-pedaqoji əsasları aşkar olunur; – istedadlı uşaqların inkişafının əsas şərti fərdi yönümlü pedaqoji texnologiyaları həyata keçirən şəxsiyyətyönümlü təhsil prosesi həyata keçirilməsidir. Tədqiqat üsulları aşağıdakılardan ibarətdir: 1) nəzəri üsullar – istedadlı uşaqların müəyyən edilməsi, tərbiyəsi və inkişafı üzrə psixoloji və pedaqoji ədəbiyyatın təhlili; 2) praktik üsullar – pedaqoji müşahidə. Tədqiqatın elmi aktuallığı özündə aşağıdakıları ehtiva edir: – istedadlı uşaqların psixoloji-pedaqoji təminatının, təhsilinin nəzəri və metodik əsaslarının müəyyən edilməsi; – “istedadlılıq”, “uşaq istedadı”, “uşaq istedadının əlamətləri”, “istedadlılığın ilkin şərtləri”, “əqli istedadlılıq” anlayışlarının mahiyyətinin açılması; – istedad probleminə dair elmi baxışlar sisteminin tədqiq edilməsi, qeyd olunan mövzunun cari vəziyyəti və aktuallığı; – istedadlı uşaqların tərbiyəsinin psixoloji-pedaqoji təminatı üçün şəraitin məcmusu, fərdin özünütəyinatını təmin edən vasitələr sistemi kimi müəyyən edilməsi. İstedadlı uşaqların təlim-tərbiyəsi və inkişafı üçün mühüm olan əsaslar aşağıdakılardır: – istedadlı uşaqların aşkara çıxarılması, onların istedadlılığının elmi meyarlarla təsdiq olunması; – şagirdlərin idrak üslublarının nəzərə alınacağı təlim prosesinin elmi əsaslarının fərdiləşdirilməsi; – şagirdlərin psixofizioloji xüsusiyyətlərini nəzərə alaraq, yorğunluğun qarşısının alınması sisteminin dəyişkənliyi; – şagirdlərin idrak fəaliyyətinə münasibətdə mövqenin aktivləşdirilməsi yolu ilə onların özünütəşkiletmə bacarıqlarının və fərdi öyrənmə tərzlərinin formalaşdırılması; – şagirdlərin “mən” konsepsiyasının optimallaşdırılması, tərbiyəvi təsirlərin təşkili yolu ilə yetkin, fəal yaradıcı şəxsiyyətin formalaşdırılması; – bütün subyektlərin fəaliyyətinə psixoloji dəstək komponentinin pedaqoji prosesə daxil edilməsi [Kholodnaya M.A., 2002]. Məqsəd və fərziyyələr əsasında aşağıdakı tədqiqat tapşırıqları tərtib edilmişdir: 1) psixoloji və pedaqoji ədəbiyyatların nəzəri təhlilindən istifadə edərək istedad probleminə kompleks yanaşmalarının mahiyyətini müəyyən etmək, tədqiqat probleminin konseptual şəkildə və kateqoriyalar əsasında aparılması, uşaq istedadının keyfiyyətcə orijinallığını, elmi-tədqiqat işinin səmərəlilik səviyyəsini müəyyən etmək, bir sözlə – istedadlı uşaqların müəyyən edilməsi üçün meyarlar hazırlamaq; 2) istedadlı uşaqların təhsilinin təşkili prosesinin prinsiplərini xarakterizə etmək, onların müəyyənləşdirilməsinin tətbiqi və nəzəri aspektlərini formalaşdırmaq; 3) Azərbaycanın təhsil müəssisələrində istedadlı uşaqlarla pedaqoji işin xüsusiyyətlərini formalaşdırmaq [Əsədov S., 2021].

Əsas hissə / Main part

Son illərdə Azərbaycanın təhsil sistemində bir çox islahatlar aparılır, ümumtəhsil məktəblərində şagirdlərin şəxsiyyətyönümlü inkişafına diqqət artırılır. Müəllimin vəzifəsi şagirdlər tərəfindən materialın öyrənilməsini stimullaşdırmaq, onları fəal iştirakçı kimi təlim prosesinə cəlb etməkdən ibarətdir. Şagirdlərin təfəkkürünün inkişafı, onlarda bacarıq və vərdişlərin formalaşdırılması tədris məqsədlərindən biri və mənimsəmənin zəruri ilkin şərtidir. Təlim-tərbiyə prosesi kütləvi xarakter daşısa da, bu prosesdə müxtəlif metodiki iş sistemlərindən istifadə edilir, lakin bu günə qədər müəyyən problemlər hələ də öz həlli yolunu tapmamışdır. Bu problemlər aşağıdakılardan ibarətdir: – ümumtəhsil sistemində cəmiyyətin dəyişən tələbləri əsasında savadlı, yaradıcı və yüksək intellektə malik gənclərin yetişdirilməsində müəyyən çətinliklərin qalması; – təhsil müəssisələrində tədris prosesinin kütləviliyi ilə yanaşı, şagirdlərin fərdi xarakter xüsusiyyətlərinin tam nəzərə alınmaması; – böyüklər tərəfindən uşaqların maraqlarına kifayət qədər diqqət yetirilməməsi. “İstedad” anlayışı. Bu anlayış pedaqoji deyil, daha çox psixoloji məfhum kimi nəzərdən keçirilir. Qeyd etmək lazımdır ki, istedad anlayışının mənası XX əsrdə əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Dünya psixologiya elmində bu anlayış qabiliyyət psixologiyası kimi işlənib hazırlanmışdır. S.L.Rubinşteyn və B.M.Teplovun əsərlərində qabiliyyət və istedad anlayışları vahid əsasda – fəaliyyətin uğurunda təsnif edilmişdir: – insanın fəaliyyət prosesində onun meyilləri əsasında formalaşan qabiliyyətlər; – bir insanı digərindən fərqləndirən və onun həyatının uğurunu şərtləndirən fərdi psixoloji xüsusiyyətlər; – xüsusi istedadlılıq – müəyyən fəaliyyət sahəsində uğur əldə etmək imkanı yaradan qabiliyyətlərin keyfiyyətcə özünəməxsus birləşməsi; – ümumi istedadlılıq – geniş spektrli fəaliyyət üçün fitri qabiliyyət [https:// psychojournal.ru/psychologists/2015-rubinshteyn-s-l-vydayuschiysya-sovetskiy-psiholog-i-filosof. html]. Rus psixoloqu V.D.Şadrikov istedadlılığı “insan fəaliyyətində qabiliyyətlərin Seyyub Əsədov. İstedadlı uşaqların erkən aşkara çıxarılması və təlim-tərbiyə işinin təkmilləşdirilməsi yolları 68 vahid təzahürü, fəaliyyətə inteqrasiya olunmuş qabiliyyətlər toplusunun ümumi xassəsi” kimi xarakterizə etmişdir [Shadrikov V.D., 1983]. Qeyd etmək lazımdır ki, əvvəllər istedadlılıq anlayışı yalnız qeyri-standart nailiyyətləri ilə seçilən görkəmli şəxsiyyətlərə aid edilirdi. Daha sonralar bu anlayış öyrənmədəki qeyri-adi uğurlara istinad edilərək uşaqlara da tətbiq olunmağa başladı. Müasir elmi mənbələrin təhlili belə nəticəyə gəlməyə imkan verir ki, “istedad” anlayışı hələ də tamamilə fərqli mənalarda istifadə olunur: – Müvafiq fəaliyyətdə inkişaf edən və ya inkişafdan qalmış qabiliyyətlərin genetik cəhətdən müəyyən edilmiş komponentidir; – Xüsusi qabiliyyət, yüksək nəticələr əldə etmək potensialı, bir və ya bir neçə sahədə nümayiş etdirilmiş nailiyyətlərdir; – “Talant” sözündən gələn bu anlayış “inkişaf üçün xüsusilə əlverişli olan daxili ilkin şərtlər” deməkdir; – Bir insanın digər insanlarla müqayisədə bir və ya bir neçə fəaliyyət növündə daha yüksək (qeyri-adi, görkəmli) nəticələr əldə etmək imkanını təyin edən psixikanın həyat boyu inkişafda olan sistemli keyfiyyətidir. İstedad və qabiliyyət probleminin dərin təhlili B.M.Teplov tərəfindən aparılmışdır. O, istedadlılığı fəaliyyət uğurunun asılı olduğu qabiliyyətlərin keyfiyyətcə unikal kombinasiyası hesab edərək, qeyd edirdi ki, “ümumi istedaddan geniş mənada, çox geniş fəaliyyət spektri üçün istedad kimi danışmaq olar” [Teplov B.M.,1985]. Eyni zamanda B.M.Teplov qabiliyyətləri olduqca geniş mənada başa düşürdü. Mütəxəssislər ən çox istifadə olunan tərifin əsasını təşkil edən üç empirik xüsusiyyəti təklif edirlər: 1. Qabiliyyətlər bir insanı digərindən fərqləndirən fərdi psixoloji xüsusiyyətlərdir. 2. Qabiliyyətlər konkret fəaliyyətin, yaxud bir neçə fəaliyyətin uğuruna uyğun olan xüsusiyyətlərdir. 3. Qabiliyyətlər insan tərəfindən artıq formalaşmış bilik, bacarıq və vərdişləri məhdudlaşdırmır. Baxmayaraq ki, onlar bu bilik və bacarıqların mənimsənilməsinin asanlığını, sürətini müəyyən edir. Qeyd etmək lazımdır ki, uşaqların istedadlılığı bir və ya bir neçə qabiliyyətin yüksək inkişaf səviyyəsi kimi müəyyən edilir və bunun sayəsində uşaqların sosial fəaliyyətlərdə böyük uğurlar əldə etmək imkanları var. Bu, eyni zamanda onu həmyaşıdlarından fərqləndirir. Biz istedadlılığı hər hansı bir qabiliyyətin yüksək inkişaf səviyyəsi kimi başa düşürük. Fikrimizcə, istedadlı uşaqlar kifayət qədər inkişaf etmiş, xüsusi qabiliyyətlərə malik uşaqlardır. İstedad məsələsinə həsr olunmuş psixoloji-pedaqoji ədəbiyyatlarda yalnız istedadlılığın müxtəlif növlərini fərqləndirmək deyil, həm də onun ümumi strukturunu axtarmaq meyli mövcuddur. İstedadın müəyyən əlamətlərə görə növlərə bölünməsinin tərəfdarları hesab edirlər ki, o, təsnifatın əsasında duran meyarlarla müəyyən edilir. Bu meyarlar aşağıdakılardan ibarətdir: • fəaliyyət növü və psixikanın onu təmin edən sferaları; • istedadın formalaşma dərəcəsi; • istedadın təzahür formaları; • müxtəlif fəaliyyətlərdə istedadın təzahürünün genişliyi; • yaş dövrünün psixoloji xüsusiyyətləri. Bu meyarlara görə istedadın aşağıdakı növləri fərqləndirilir: XX əsrin əvvəllərində C.Spirmen qeyd edirdi ki, uşaqların istedadının əsasını fərd üçün daimi olan, eyni zamanda insanları bir-birindən əhəmiyyətli dərəcədə fərqləndirən xüsusi “zehni enerji” təşkil edir [https: //ru.wikipedia.org/wiki/ Спирмен,_Чарлз_Эдвард]. Beləliklə, psixoloji-pedaqoji tədqiqatlarda istedad probleminin inkişafı, bizim fikrimizcə, şəxsi iş kimi qəbul edilməməlidir. Bu problem milli təhsil sisteminin fəaliyyətinə aiddir və onun praktik işində formalaşmış nəzəriyyələrə əsaslanmalıdır. İstedadlı uşaqların məktəb həyatı, onların sosiallaşması problemləri. Sosiallaşma prosesi uşaqların şəxsi keyfiyyətlərini qorumaq və maksimum dərəcədə inkişaf etdirmək üçün təhsilin təsirinin, formalaşma fəaliyyətinin fərdiliyinin davamlı olaraq qorunmasını əhatə edir. Bu, insan şəxsiyyətinin əsas əlamətlərin dən biridir. Uşağın formalaşmasında və inkişafında əsas amil onun şəxsiyyətlərarası qarşılıqlı əlaqəsinin ən mühüm tənzimləyicisi, nəsillər arasında davamlılığın həyata keçirilməsi aspektində şəxsiyyətin sosiallaşmasının idarə edilməsinin məqsədyönlü prosesi, təhsilin sosial institutudur. Müasir pedaqogika elmində vurğulanır ki, insan obyektiv aləmi, məhz fəaliyyətdə mənimsəyir, onun inkişafının dialektikasını dərk edir, keçmişin təcrübəsini miras alır və onu tamamlayaraq cəmiyyəti dəyişdirir. Eyni zamanda, cəmiyyətdə şəxsiyyətin dəyər yönümlü mexanizmləri onun uğurlu sosiallaşmasının müəyyənedici amili kimi fəaliyyət prosesinin ən vacib komponentidir. Şəxsiyyətin sosiallaşması davamlı olaraq, insanın bütün həyatı boyu uyğunlaşma, inteqrasiya, inkişaf, özünüinkişaf və özünütəsdiqetmə proseslərinin bir-biri ilə vəhdəti prosesində həyata keçirilir [https://obuchalka.org/20190515109375/matematicheskaya-enciklopediya-tom1-vino gra dov-i-m-1977.html]. Sosiallaşmanın mərhələləri. İnsan bütün ömrü boyu cəmiyyət tərəfindən təsirə məruz qalır. Bu proses sosiallaşma adlanır. Sosiallaşma zamanı insan mövcud normaları qavrayır, özündə bacarıq və vərdişlər formalaşdırır və məxsus olduğu xalqın mədəniyyət daşıyıcısına çevrilir. Sosiallaşma nəticəsində fərd ictimai həyatda layiqli yer tutur. Sosiallaşma yalnız fərdin sosial norma və dəyərləri mənimsəməsində deyil, həm də bu norma və dəyərləri öz münasibət və istiqamətlərinə çevirmək qabiliyyətinin formalaşmasında özünü göstərir. Uşaqlara tərbiyəvi təsir prosesində həyata keçirilən sosiallaşma zamanı aşağıdakı komponentlər əsas götürülür: 1. fiziki mühit amili (tədris binasının arxitekturası, qrupun, sinif otağının və digər binaların məkan xüsusiyyətləri və s.); 2. insan amili (fərdi xüsusiyyətlər, fərdin statusu, fəaliyyəti və s.); 3. təlim proqramları (tədris üslubu, təlimin kooperativ və ya rəqabətə əsaslanan formaları, təlim proqramlarının innovativ məzmunu və s.). İstedadlı uşaqların həyat münasibətləri sisteminin təşkili yolu ilə real sosiallaşma imkanları “şəxsi reallıq” zonasına ötürülür. İstedadlı uşaqların sosiallaşma xüsusiyyətlərinin öyrənilməsinə şəxsiyyətyönümlü yanaşma kontekstində hər bir istedadın istiqamətləndirilmiş inkişafı uşaqların sosial təcrübəsinin zənginləşdirilməsi (şəxslərarası və mədəniyyətlərarası qarşılıqlı əlaqə, emosional-iradi inkişafın optimallaşdırılması) ilə əlaqələndirilir. Sosiallaşma meyarlarını belə müvafiq göstəricilərə bölmək olar: 1) fənlər üzrə irəliləyiş, o cümlədən fənn olimpiadalarında, konfranslarda, müsabiqələrdə iştirak, ali məktəbə qəbulda uğur qazanmaq və s.; 2) dünyagörüşü potensialının spesifikliyi (oriyentasiyası) (əsas ümumbəşəri dəyərlərin prioritet olması); 3) insanlara hörmətin, inamın və özünəinamın artması. Uğurlu sosiallaşma bir tərəfdən insanın cəmiyyətə səmərəli adaptasiyasını, digər tərəfdən də cəmiyyətdəki mənfiliklərə müqavimət göstərmək, özünü inkişaf etdirmək, müəyyən dərəcədə özünü təsdiq etmək bacarıqlarını nəzərdə tutur [https://prepod.nspu.ru/mod/page/view.php?id=35012]. İstedadlı uşaqlarla işin əsas istiqamətləri. İstedadlı uşaqlarla aparılan pedaqoji fəaliyyətdə bir sıra vəzifələri yerinə yetirmək lazımdır: – istedadlı uşaqların məqsədyönlü şəkildə müəyyən edilməsi və seçilməsi sisteminin yaradılması; – məlumat bankının yaradılması və saxlanması yolu ilə hər bir uşağın istedadının inkişafının izlənilməsi; – istedadlı uşaqların intellektual, yaradıcı, əxlaqi və fiziki inkişafı üçün əlverişli şəraitin yaradılması; – istedadlı uşaqlarla iş prosesində yeni təhsil məzmununun, innovativ texnologiyaların hazırlanması və mərhələli şəkildə tətbiqi; – istedadlı uşaqların tədqiqat, axtarış və təlim fəaliyyəti prosesində şəxsi yaradıcılıq qabiliyyətlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması; – istedadlı uşağın sosial cəhətdən adaptasiya olunmuş və sosial məsuliyyətli şəxs kimi sərbəst inkişaf etməsi, formalaşması üçün şəraitin yaradılması. Beləliklə, müəyyən etdiyimiz məqsədləri üç əsas vəzifədə qruplaşdırmaq olar: – şəxsiyyətin inkişafına töhfə vermək; – fərdi nailiyyətləri mümkün qədər tez, maksimum səviyyəyə çatdırmaq; – istedadlı uşağı ruhlandıraraq, onu sosial inkişafa təşviq etmək. İstedadlı uşaq fenomeninin psixoloji və pedaqoji cəhətdən dərk edilməsi problemi pedaqogika elmində çox uzun bir tarixə malikdir və təbiətin, məzmun strukturunun, fəaliyyət prinsiplərinin, diaqnostika və psixoloji-pedaqoji prinsiplərin müəyyənləşdirilməsi ilə əlaqələndirilir [https://multiurok.ru/files/razvitiie-sistiemy-poddierzhki-i-soprovozhdieniia-.html]. İstedadın növləri arasında intellektual istedad xüsusi yer tutur. İstedad anlayışının mürəkkəbliyi və çoxistiqamətli olması onun tərifi üçün meyarlar hazırlamağı çətinləşdirir. “Məlumatların ümumiləşdirilməsi bunu deməyə əsas verir ki, əksər hallarda şagirdlərin istedadlılıq meyarları zehni inkişaf əmsalı, inkişaf etmiş yaradıcı təfəkkür, yüksək akademik göstəricilər, ümumi qabiliyyətlərin yüksək inkişaf səviyyəsi kimi qəbul edilir. Son iki onillikdə uşaqların istedadının tərifinə yanaşmaları nəzərdən keçirməyə imkan verən tədqiqatlar aparılmışdır [Iskusstvo i pedagogika., 2002]. Yalnız faktiki deyil, həm də potensial istedadın mövcudluğunun tanınması istedadlı hesab edilən və təhsil prosesinin təşkili zamanı yüksək dərketmə qabiliyyətlərinin nəzərə alınmasına ehtiyacı olan uşaqların kateqoriyasını xeyli genişləndirmişdir. İstedadlı uşaqlar pedaqogikasının formalaşmasının nəzəriyyə və praktikasında mühüm rol istedadlı və “adi” uşaqların birgə və ya ayrıca təhsili məsələsinin həllinə aiddir. Birinci halda söhbət xüsusi, fərdi, diferensiallaşdırılmış inkişaf proqramlarından, ikinci halda – istedadlı şagirdlər üçün xüsusi məktəblərin yaradılmasından gedir. İstedadlı şagirdlərin uğurlu sosiallaşmasının həlledici şərti müvafiq təhsil məkanında məqsədyönlü şəkildə həyata keçirilən təhsildə qarşılıqlı əlaqənin xarakteridir [https://psy.wikireading.ru/22640]. Pedaqogikada istedadlı uşaqların psixodiaqnostik monitorinqi. İstedad fenomeninin müxtəlifliyini və fərdiliyini, orijinallığını nəzərə alaraq, istedadlı uşaqlarla iş üsullarını seçmək vacibdir ki, bu da aşağıdakı problemlərin ilkin müəyyənləşdirilməsini tələb edir: 1) Hansı istedad növü ilə qarşılaşırıq? 2) İstedadlı uşaqlarla aparılan iş prosesində prioritet vəzifələr hansılardır? İstedadlı uşaqların diaqnostikası problemi xüsusi əhəmiyyət kəsb edir. Bu, əlbəttə, valideynlərin iştirakı ilə mütəxəssislər – müəllimlər, psixoloqlar, tibbi və sosial işçilər tərəfindən həyata keçirilməlidir. M.A.Xolodnaya psixodiaqnostik monitorinq üçün bir sıra tələbləri müəyyən edir: – “istedadın təzahürlərinin dinamikasının orijinallığını və təcrübənin inkubasiyasının mümkün təsirlərini və s. düzəltməyə imkan verən diaqnostik prosesin müddəti; – gözlənilən istedad növünə və uşağın fərdiliyinə uyğun olaraq, seçilmiş müxtəlif ölçmə prosedurlarından istifadə etməklə çoxsaylı sorğular aparmaq; – uşağın meyillərinə uyğun gələn fəaliyyət sahələrində onun davranışının qiymətləndirilməsi (səriştəliliyin zonası və aparıcı maraqlar nəzərdə tutulur); – uşaq üçün fərdiləşdirilmiş təlim strategiyasının işlənib hazırlanmasında zənginləşdirilmiş fənn və təhsil mühiti şəraitində diaqnostika; – uşaqdan alınan rəy ilə diaqnostik prosedurun dialoq xarakteri; – uşaqların diaqnostik müayinəsinin yalnız real həyat şəraitində aparılması, onun formaca eksperimentə yaxınlaşdırılması; – tədqiqat fəaliyyətlərini modelləşdirən və uşağın qarşısında problem qoymaqda, davranış yollarını seçməkdə maksimum müstəqillik nümayiş etdirməyə imkan verən obyektiv vəziyyətlərdən istifadə” [Kholodnaya U.A., 2002]. İstedadlı uşaqlarla tərbiyə işinin təşkili təcrübəsi. Təhsil prosesinin vacib tərəfləri istedadlı uşaqlara pedaqoji dəstək verən mənbələri aşkar etməyə imkan verir. İstedadlı uşaqların dəstəklənməsinin mənbələrindən və vasitələrindən biri də onlar üçün əlverişli mühitin yaradılmasıdır. Ətraf mühit anlayışı çox geniş strukturları özündə ehtiva edir. Onlardan biri də (məktəb üçün) sinifdə olan şagird kontingentidir. Pedaqoji diaqnostika məlumatlarına əsaslanan dərslərin mənimsənilməsi öz imkanlarını maksimum dərəcədə reallaşdırmağa çalışan istedadlı şəxsiyyətlər kimi formalaşmasına xidmət edir. Uşaqları inkişaf səviyyələrinə görə qruplaşdırmağın iki fərqli yolu var: heterogen (əks xassəli) və homogen (eyni xassəli). Fərqli inkişaf səviyyələri olan uşaqların eyni sinfə düşməsi heterogen yoldur. Sinifdəki şagirdlərin bu heterogenliyinin həm üstünlükləri, həm də mənfi cəhətləri var. Ənənəvi tədris üsulunda, xüsusilə özünü göstərən çatışmazlıqlar ondan ibarətdir ki, eyni sinifdə həm ümumi iş tempi ilə ayaqlaşa bilməyən çox zəif şagirdlər, həm də inkişafını cilovlamaq məcburiyyətində qalan çox güclü, yüksək səviyyədə inkişaf etmiş uşaqlar var. Həm onlar, həm də başqaları bundan əziyyət çəkirlər: birincilər hələ də inkişafda geri qalır, ikincilər isə öz potensiallarını itirir və meyillərini qabiliyyətə çevirə bilmirlər. Belə mənimsəmənin müsbət tərəfləri ondan ibarətdir ki, zəif şagirdlərin güclülərə tərəf çəkildiyi, zəifliklərini aradan qaldırmağa çalışdıqları, güclülərin isə zəiflərə kömək etmək üçün imkanlar yaranır [https://studbooks. net/1968600/pedagogika/opyt_raboty_organizatsii_vospitatelnoy_raboty_odarennymi_detmi]. İkinci yol homogen yoldur. Müayinədən sonra uşaqlar üç səviyyəyə bölünürlər: – güclü səviyyə (uşaqların məktəbə hazırlığının yüksək səviyyəsi və yaxşı oxumağı bacaranlar); – orta səviyyə (hazırlığın orta inkişaf səviyyəsi); – aşağı səviyyə (zəif inkişaf səviyyəsi). Bu səviyyələrə əsasən hər bir uşaq onun üçün müvafiq olan templə işləyir, ümumi proqramın tədris materialını müvafiq dərinlikdə mənimsəyir. Hətta müəyyən etmək olar ki, bu səviyyələrin hər biri müxtəlif vaxtlarda ibtidai məktəbi bitirir. Tədris ilinin hər yarımilində paralel siniflərin müəllimləri bir yerə toplaşır, uşaqların irəliləyişlərini müzakirə edir və onlardan bəzilərinin səviyyələr boyunSeyyub Əsədov. İstedadlı uşaqların erkən aşkara çıxarılması və təlim-tərbiyə işinin təkmilləşdirilməsi yolları 74 ca hərəkətinə qərar verirlər. Bu üsul ölkəmizdə çox nadir hallarda, daha çox (P.S. “korreksiya” və “korrektirovka” dərsləri) düzəliş və uyğunlaşdırma dərslərinin təşkilində istifadə olunur [https://pedsovet.su/fgos/6456_urok_korrekcii_znaniy]. Təcrübə göstərir ki, bu səviyyələrə formal münasibət şagirdlər üçün zərərlidir. Seçmə fənlər hesabına paralel proqramlar üzrə dərslər təşkil etməklə uşaqların müəyyən fənlərə meyillərinə görə dərsləri başa çatdırmaq da mümkündür. Beləliklə, beş istiqaməti ayırd etmək olar: 1) humanitar; 2) riyazi; 3) estetik (musiqi); 4) estetik (xoreoqrafiya); 5) xarici dillərin öyrənilməsi ilə. İnkişaf səviyyələrinə görə uşaqların qruplaşdırılmasına belə yanaşmalar istedadlı uşaqları dəstəkləməyin başqa bir vasitəsini – təhsilin məzmununu da bura daxil etməyə imkan verir. Bu səviyyələrdəki proqramlar materialın öyrənilməsinin məzmunu və məntiqi saxlanmış, eyni zamanda, ənənəvi proqramlar bir qədər dəyişdirilmişdir, məsələn, riyaziyyatda əksər mövzuların təkmilləşmiş şəkildə öyrənilməsi üçün onlar riyazi və həndəsi materiallarla zənginləşdirilmişdir. Bunlara qeyri-ənənəvi problemlərə aid dərslər və məntiqi tapşırıqlar daxildir. Proqramların çətinləşdirilməsi şagirdlərin həddən artıq yüklənməsinə səbəb olmur, çünki müəllimlər uşaqlar tərəfindən materialın mənimsənilməsini asanlaşdıran metodik yanaşmalardan (didaktik oyunlar, nağıllar şəklində tapşırıqlar, əyləncə elementləri, vizual dəstəklər, yaradıcı tapşırıqlar və digər üsullarla şagirdlərin idrak fəaliyyətinin artırılması və s.) istifadə edirlər. Proqramlar elə qurulub ki, şagirdlərə dövlət standartlarında nəzərdə tutulduğundan daha çox məlumat təklif olunur. Eyni zamanda, bilik, bacarıq və vərdişlərə olan tələblər dövlət proqramları çərçivəsində uşaqların əsas vəzifələri yerinə yetirmələrinə yönəldilir. Bu yanaşma öyrənmənin daxili diferensiallaşdırılmasına, əsas və qabaqcıl səviyyənin bütün şagirdlər tərəfindən, ən qabaqcıl səviyyənin isə ən bacarıqlılar tərəfindən mənimsənilməsinə imkan verir. Bundan əlavə, istedadlı uşaqlara dəstək müxtəlif proqramlar tələb edir, çünki istedadlı uşaqların təhsilindəki vahidlik onların yaradıcı inkişafına kömək edə bilməz. Proqramlar şagirdlərin hazırlığına yönəldilməlidir. Ənənəvi tədris texnologiyalarında şagird pedaqoji təsirlərin obyekti, müəllimin tapşırıqlarının icraçısıdır və o, fəaliyyət prosesini tam həyata keçirə bilməz. Şagirdə yalnız kənardan qoyulan məqsəd və planları həyata keçirmək qalır ki, bu da müstəqilliyin formalaşmasına, azadlığın, yaradıcılığın, təşəbbüskarlığın inkişafına səbəb olmur. Əksinə, başqasının qiymətləndirilməsi onun özünə hörmət ehtiyacını, öz müstəqil fikrini aradan qaldırır, insanı fəaliyyətsizliyə sövq edir, onda tənbəllik, məsuliyyətsizlik yaradır, təşəbbüskarlığı məhv edir. Son onilliklərdə tədris prosesində baş verən bir sıra köklü dəyişikliklərə baxmayaraq, məktəbdə hələ də avtoritar üslub, müəllim-şagird münasibətlərində məcburiyyət, tədris metodlarının monotonluğu və primitivliyi, təhsilin məzmununun tənzimlənməsi hökm sürür. İstedadlı uşaqların aşkar olunması, onlarla pedaqoji işin təşkili elm və təhsil təcrübəsinin problemləridir. Onların hərtərəfli inkişafı üçün yaradıcı qrupların təşkil edilməsi lazımdır. Pedaqoji prosesdə vacib bir məqamı da qeyd etmək lazımdır. Məlumdur ki, uşaq ibtidai məktəbi bitirdikdən sonra beşinci sinfə keçdikdə çox vaxt onun akademik göstəriciləri aşağı düşür, psixoloji durumu pisləşir və öyrənməyə marağı azalır. Belə olan halda ibtidai sinif müəllimləri günahı fənn müəllimlərinin üzərinə atmağa, orta pillədə çalışan müəllimlər isə ibtidai sinif müəllimlərinə qarşı iddialar irəli sürməyə meyilli olurlar. Əslində, beşinci sinif şagirdləri və onların yeni müəllimləri qarşılıqlı uyğunlaşmanın çətin mərhələsini yaşayırlar. Psixoloji hazırlıq anlayışı mürəkkəb və çoxşaxəli anlayışdır. Bir tərəfdən, bir məktəbli haqqında danışırıqsa, onda diqqətin, yaddaşın, təfəkkürün kifayət qədər inkişaf səviyyəsini, çətinlikləri, mənfi emosiyaları dəf etməyə güclü hazırlığı nəzərdə tuturuq. Digər tərəfdən, müəllim beşinci sinif şagirdləri ilə işləməyə psixoloji cəhətdən hazırlıqlı olmalı, ilk növbədə, uşağın yaş və fərdi xüsusiyyətlərini bilməli, uyğunlaşma dövründə şagirdin üzləşdiyi çətinlikləri proqnozlaşdırmağı və ona vaxtında dəstək verməyi bacarmalıdır. Uşaqları sevən təcrübəli müəllimlərin də bəzən beşinci sinif şagirdlərinin fərdi xüsusiyyətlərini bilməmələri arzuolunmaz haldır. Buna görə də pedaqoji prosesdə əsas vəzifə şagirdlərin yeni şəraitə hazırlığının formalaşdırılması və müəyyən edilməsidir [https://library.shsu.am/ wp-content/ uploads/2019/02/lebedeva.pdf].

Nəticə / Conclusion

Beləliklə, bu nəticəyə gəlirik ki, ümumtəhsil müəssisələrində “hər bir uşaq özünəməxsus şəkildə istedadlıdır” müddəasından irəli gələn şagirdə istiqamətlənmənin üstünlük təşkil etməsi ilə əlaqədar olaraq, təhsilin inkişafı probleminin hərtərəfli araşdırılması üçün təhsil fəaliyyətinin təkmilləşdirilməsi məsələləri aktualdır. Məktəbəqədər, ibtidai və orta təhsil müəssisələrində psixoloji-pedaqoji işin əsas vəzifələrindən biri istedadlı uşaqların vaxtında diaqnostika olunaraq aşkarlanmasıdır. Belə hesab olunur ki, istedadlı uşaqlara dəstəyin mənbələrindən biri uyğun inkişaf mühitinin yaradılması, o cümlədən pedaqoji diaqnostika və monitorinq məlumatları, kurikuluma əsaslanan təhsilin məzmunu əsasında qrup və siniflərin fəaliyyətə cəlb edilməsidir. Dəstək texnologiyalarının əsas üstünlükləri bunlardır: istedadlı uşaqlara diqqətli, həssas münasibət, onlara inam, qarşılıqlı anlaşma və əməkdaşlıq, konkret fəaliyyət məzmunundan istifadə, nailiyyətlərin  müsbət qiymətləndirilməsi və s. Dəstək texnologiyaları həm də valideynlərin və müəllimlərin şəxsiyyətin formalaşması haqqında, uşaqların özünüdərkinin inkişafı üzrə pedaqoji və psixoloji maarifləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Təhsil fəaliyyətinin psixoloji və pedaqoji təminatı istedadlı uşaqların şəxsi inkişafına mühüm töhfələr verir.

Məqalənin aktuallığı. İstedadlı uşaqların tərbiyəsi və inkişafı prosesində aparılan psixoloji-pedaqoji işin əsas vəzifələrindən olan istedadlı uşaqların vaxtında aşkarlanması və bu sahədə onlara pedaqoji dəstəyin göstərilməsi aktual problemlərdəndir. İstedadlı uşaqlar ölkəmizin intellektual kapitalıdır. Bu baxımdan, istedadlı uşaqların müəyyən edilməsi, təhsili və tərbiyəsi problemləri olduqca aktualdır. İstedadlı uşaqların tərbiyəsi, inkişafı və təhsili onlara müxtəlif sosial amillərin, ailə, məktəb, həmyaşıdlar qrupunun təsiri nəticəsində yaranır. Bu məsələ öz aktuallığını indi də saxlayır. Təlim-tərbiyə prosesi kütləvi xarakter daşısa da, bu prosesdə uşağın fərdiliyinin nəzərə alınması aktual məsələlərdəndir.

Məqalənin elmi yeniliyi. Məqalədə istedadlı uşaqların təlim-tərbiyə prosesinin səmərəli təşkil olunması imkanlarından, onların inkişafında mühüm olan əsaslardan, istedadlı uşaqların tədqiqat və təhsil fəaliyyətlərində yaradıcılıq qabiliyyətlərini həyata keçirmələri yollarından elmi yenilik kimi bəhs olunur. Müasir dövrdə istedadlı uşaqlarla işin nəzəri cəhətdən araşdırılması və onun müəyyən bir bölgə şəraitində praktiki tətbiqi imkanlarının öyrənilməsi bir növ elmi yenilik üçün yol açmış olur.

Məqalənin praktik əhəmiyyəti. Tədqiqatın praktik əhəmiyyəti məktəbəqədər, ibtidai, ümumi orta və tam orta təhsil şəraitində istedadlı uşaqların tərbiyəsində psixoloji və pedaqoji dəstəyin məzmununun müəyyən edilməsindən ibarətdir. Məqalədən ibtidai sinif müəllimləri, bu sahədə təhsil alan bakalavrlar, magistrlar, tədqiqatçılar mənbə kimi istifadə edə bilərlər. 

İstifadə olunmuş ədəbiyyat / References

1. Əsədov S. (2021). V–XI siniflərdə tarix fənninin tədrisi metodikası. Bakı.

2. Iskusstvo i pedagogika. (2002). Khrestomatiya. Pskov.

3. Kholodnaya M.A.(2002). Printsipi i metodi viyavleniya odaryonnikh detey. Odaryonnost: rabochaya kontseptsiya.- М.

4. Panov V.İ. (2001). Odaryonniye deti: viyavleniye – obucheniye - razvitiye. «Pedagogika», № 4.

5. Shadrikov V.D. (1983). O soderzhanii ponyatiy «sposobnosti» i «odaryonnost». «Psikhologicheskiy zhurnal». Т. 4.-, №5.

6. Teplov B.M. (1985). Sposobnosti i odaryonnost. Izbr. trudı. T.1.- М.

7. https://sinxronfenler.blogspot.com/.

8. https://psychojournal.ru/psychologists/2015-rubinshteyn-s-vydayuschiysya-sovetskiy-psiholog-i-filosof.html.

9. https://ru.wikipedia.org/wiki/Спирмен,_Чарлз_Эдвард.

10. https://obuchalka.org/20190515109375/matematicheskaya-enciklopediya-tom-1-vinogradov-i-m-1977.html.

11. https://prepod.nspu.ru/mod/page/view.php?id=35012.

12. https://multiurok.ru/files/razvitiie-sistiemy-poddierzhki-i-soprovozhdieniia-.html.

13. https://psy.wikireading.ru/22640.

14. https://studbooks.net/1968600/pedagogika/opyt_raboty_organizatsii_ vospitatelnoy_raboty_odarennymi_detmi.

15. https://pedsovet.su/fgos/6456_urok_korrekcii_znaniy. 16. https://library.shsu.am/wp-content/uploads/2019/02/lebedeva.pdf.