Rəy

Redaksiyaya daxil olan material öncə anti-plagiat proqramında yoxlanılır, daha sonra məqalə elmi qiymətləndirilmədən keçirilməsi üçün iki rəyçiyə (resenzentə) göndərilir.
Resenziya - "iki tərəfli "anonim" rəyçilik" prinsipi əsasında aparılır. 
Bu zaman:
-    müəllif və ya müəlliflər rəyçilərin kim olduğunu, eləcə də rəyçilər müəllifin və ya müəlliflərin kim olduğunu bilmirlər. 
-    Resenzentlər qismində elmi dərəcəsi olan şəxslər (redaksiya heyətinin üzvləri və ya xarici rəyçilər) və ya təqdim olunan materialın mövzusuna uyğun sahə üzrə mütəxəssislər cəlb edilir.
-     Resenziya materialın dərc üçün təqdim edildiyi gündən 5-10 gün ərzində aparılır. 
Hər bir materiala dair resenziya redaksiya tərəfindən müəyyən edilmiş  "Resenziya forması" üzrə həyata keçirilir. "Resenziya forması" konkret sualları və onların ardıcıl qiymətləndirilməsini, habelə materialın rəyçi tərəfindən açıq qiymətləndirilməsini və müəllif və ya müəlliflər üçün tövsiyələri özündə əks etdirir. Hər bir material üzrə resenziya 5 il ərzində redaksiyada saxlanılır.
Resenziyanın nəticəsi aşağıdakı qərarlardan biri ola bilər:
1)   material təqdim olunmuş versiyada dərc üçün tövsiyə olunur (şərh yoxdur);
2)   material resenzentlərin rəy və istəklərini nəzərə alaraq (müəllifin istəyi ilə) dərc üçün tövsiyə olunur;
3)  material yalnız resenzentlərin rəylərinin müəllif tərəfindən mütləq nəzərə alınmaqla dərc üçün tövsiyə olunur;
4)   material dərc üçün tövsiyə edilmir.
«Materialın resenzentlərin rəy və istəklərini nəzərə alaraq (müəllifin istəyi ilə) dərc üçün tövsiyə olunması» və yaxud «Material yalnız resenzentlərin rəylərinin müəllif tərəfindən mütləq nəzərə alınmaqla dərc üçün tövsiyə olunması» hallarında «Resenziya formasının» - Rəyçinin ümumi qiymətləndirməsi və Rəyçinin müəllifə tövsiyyə və məsləhətləri bölmələrinin məzmunu, həmin tövsiyə və məsləhətləri nəzərə almaq məqsədi ilə müəllifin elektron poçt ünvanına göndərilir (rəyçi haqqında məlumat verilmədən).
Material dərc üçün tövsiyyə edilmədiyi təqdirdə müəllifin elektron poçt ünvanına imtinanın əsaslandırılmış səbəbləri göndərilir.
Müəllifin rəsenzentlərin rəyi ilə əsaslandırılmış razılaşmaması halında, redaksiya heyətinin bütün üzvlərinin fikirlərini nəzərə almaqla əlavə bir rəy təyin olunur. 
Jurnalın redaksiyası resenzentlərdən rəyi, təqdim olunmuş əlyazma ilə bağlı hər hansı bir məlumatın məxfilik şərtlərinə uyğun, həyata keçirmələrini təmin etməlidirlər. Rəyçi tərəfindən araşdırılmış əlyazmanın üçüncü tərəflərlə müzakirə olunmasına icazə verilmir. Material dərc edilməzdən əvvəl rəyçilər həmin materialdan istifadə və ya ona istinad edə bilməzlər.