Afaq Nəsibova


MÜASİR AİLƏLƏRDƏ VALİDEYN NÜFUZU VƏ ONUN UŞAQ ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINA TƏSİRİ

Annotasiya. Məqalədə uşaq şəxsiyyətinin formalaşmasında ailə mühitinin və ailə tərbiyəsinin təsiri vurğulanaraq, qədim türk xalqlarında, İslam dinində və müasir dövrdə ailədə valideyn-övlad münasibətləri və bu münasibətlərin düz gün qurulması əsasında valideyn nüfuzunun formalaşdırılmasından bəhs edilir. Həmçinin, Yaxın Şərqdə və Avropa ölkələrində uşaqların tərbiyəsində vali deynin rolu və ailə tərbiyəsinin milli spesifik xüsusiyyətləri ilə bağlı məsələlər müqayisəli formada təhlil olunur. Eyni zamanda, məqalədə valideyn nüfuzunun “həqiqi” və “saxta” olaraq dəyərləndirilməsinə aydınlıq gətirilərək, bu nüfuzun qazanılmasında valideynin şəxsi keyfiyyətlərinin, nümunəsinin və ailədaxili mü nasibətlərin də böyük əhəmiyyətə malik olduğu göstərilmişdir. Məqalədə qeyd olunmuş, “.... yalnız sağlam ailə mühitində, yüksək əxlaqi dəyərlərə və mənəvi keyfiyyətlərə malik olan valideynlər tərəfindən yetişdirilmiş uşaqlar gələcəkdə cəmiyyətdə düzgün mövqe tutaraq, özləri də nümunəvi valideyn olmağa nail olurlar” fikri öz təsdiqini tapmışdır.

Açar sözlər: ailə, valideyn, nüfuz, hörmət, sevgi, tərbiyə, qarşılıqlı münasibətlər.

Yüklə Öncəki səhifə