Elmira Kərimova


ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ İNKLÜZİV TƏHSİLİN TƏŞKİLİ

Annotasiya. Məqalədə ümumtəhsil məktəblərində inklüziv təhsilin təşkili problemləri tədqiq olunur. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsil alması onların uğurlu sosiallaşmasının, cəmiyyətdə tam hüquqlu iştirakının təmin edilməsinin, müxtəlif peşə və sosial fəaliyyətlərdə səmərəli özünüreallaşdırmalarının əsas və ayrılmaz şərtlərin dən biridir. Belə uşaqların təhsil hüququnun həyata keçirilməsi dövlət siyasətinin ən vacib vəzifələrindən biri hesab olunur. Ümumiyyətlə, inklüziya sağlamlıq imkanları məhdud şəxslərin həyata, cəmiyyətə daxil edilməsi, inklüziv təhsil isə inklüziya prosesinin təhsil vasitəsi ilə həyata keçirilməsi deməkdir. Məqalədə bu barədə ətraflı danışılır və inklüziv təhsilin təşkilinə dair metodik tövsiyələr verilir.

Açar sözlər: inklüziv təhsil, sağlamlıq imkanları məhdud uşaqlar, inklüziya və inteqrasiya, xüsusi təhsil ehtiyacları olan uşaqlar, tyutor.

Yüklə Öncəki səhifə