Esmira Ağayeva


TƏHSİL SAHƏSİNDƏ DƏYİŞİKLİKLƏRİN STİMULLAŞDIRICISI KİMİ LİDERLİK KOUÇLUĞU

Annotasiya. Məqalədə liderlik kouçluğu təhsil sahəsində müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafını dəstəkləyən, özünüinkişaf və kollektiv əmək daşlıq üçün effektiv bir yanaşmadır. Azərbaycanın məktəblərində liderlik kouçluğunun tətbiqi, təhsil sistemində dəyişiklikləri təşviq etməklə yanaşı, müəllimlər və məktəb rəhbərlərinin liderlik bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bu yanaşma, məktəb təşkilatlarının idarəetməsində müsbət dəyişikliklərə və təhsil nəticələrinin yaxşılaşmasına səbəb ola bilər. Eyni zamanda məqalədə liderlik kouçluğu, məktəb rəhbərləri və müəllimlər arasında etimad və əməkdaşlıq qurmağa yardımçı olur. Məqsəd, fərdlərin öz potensialını maksimum şəkildə həyata keçirmələrinə dəstək olmaqdır. Kouçluq prosesi, məqsədlər müəyyən etməyə, problemləri analiz etməyə və müsbət nəticələr əldə etmək üçün uyğun yanaşma lar tapmağa yönəlir. Bu, məktəblərin səmərəli idarə olunmasına və təhsil keyfiyyətinin artmasına gətirib çıxara bilər. Məqalədə qeyd olunur ki, Azərbaycan məktəblərində liderlik kouçluğunun tətbiqi məktəb rəhbərlərinin və müəllimlərin fəaliyyətində bir sıra müsbət dəyişikliklərə səbəb olur. Yeni texnologiyaların, xüsusilə də uzaqdan kouçluq metodlarının tətbiqi, liderlik kouçluğunun daha geniş şəkildə yayılmasına imkan verir. Gələcək tədqiqatlar kouçluğun effektivliyini daha dərindən araşdırmaq və fərqli tədris metodları ilə müqayisə etmək üçün faydalı olacaqdır. Kollektiv əməkdaşlıq, müasir təhsil metodlarının tətbiqi və kouçluq proqramlarının yayılması Azərbaycan təhsil sistemində mühüm addım ola bilər.

Açar sözlər: məktəb sistemi, peşəkar bacarıqların inkişafı, mentorluq, müəllimin şəxsi keyfiyyətləri, idarəetmənin təkmilləşdirilməsi.

Yüklə Öncəki səhifə