RƏQƏMSALLAŞMA DÖVRÜNDƏ TƏHSİLİN İDARƏ OLUNMASI: İNNOVATİV YANAŞMALAR VƏ BEYNƏLXALQ TƏCRÜBƏLƏR
Annotasiya. Məqalədə müasir rəqəmsallaşdırma dövründə təhsilin idarə olun masında tətbiq edilən innovativ yanaşmalar, texnologiyanın imkanları və beynəlxalq təcrübələr təhlil olunur, rəqəmsallaşma nəticəyə əsaslanan qərarvermə, müasir tələblərə cavab verən demokratik idarəçilik, çevik liderlik bacarıqları, şəffaflıq, dayanıqlı, planlı və davamlı inkişaf kimi əsas istiqamətlər müzakirə edilir. Bu keyfiyyətlərə malik idarəetmə sisteminin formalaşdırılmasının təlimin keyfiyyətinə təsirində və təlim nailiyyətlərinin təşviqində mühüm əhəmiyyəti vurğulanır. Eyni zamanda məqalədə rəqəmsal əlçatanlıq, məlumat təhlükəsizliyi, risklərin balanslaşdırılması, beynəlxalq təcrübələrin təhlili, rəqabətəqabil, çevik və innovativ qərarlar qəbul edən kadr potensialının artırılması, rəqəmsal səriştələrə malik təhsil idarəçilərinin yetişdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından səmərəli, məqəsədyönlü istifadə kimi bir sıra məsələr öz əksini tapır. Məqalədə qeyd olunur ki, rəqəmsallaşma yalnız texnoloji yeniliklərin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda təhsil idarəetməsində innovativ, sistemli, ədalətli, çevik və yeniliklərə adaptiv idarəetmə strukturunun formalaşmasını təmin edən kompleks bir proses kimi çıxış edir. Bütün bunlar təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşması, müasir çağırışlara çevik reaksiya verməsi, eləcə də onun şəffaf, sistemli, planlı və dayanıqlı inkişafının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Açar sözlər: müasir idarəetmə, təlim nəticələri, rəqəmsallaşma, texnoloji yeniliklər, liderlik, nəticə əsaslı qərarvermə, elektron resurs, qiymətləndirmə.