İlahə Şıxəliyeva


MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ İNKLÜZİV TƏHSİL MÜHİTİNİN YARADILMASI: PEDAQOJİ YANAŞMA

Annotasiya. Məqalədə məktəbəqədər müəssisələrdə inklüziv təhsil mühitinin formalaşdırılmasının pedaqoji aspektləri təhlil olunur. İnklüzivliyin əsas prinsipləri, eləcə də xüsusi təhsil ehtiyacları olan uşaqlar (XTE olan uşaqlar) üçün tədris proqramlarının və metodikaların adaptasiyası məsələləri açıqlanır, pedaqoqların rolu, valideynlərlə qarşılıqlı əməkdaşlıq və uşaqların uğurlu sosiallaşması üçün zəruri olan şərait müzakirə olunur. Məqalədə, həmçinin normativ-hüquqi baza təhlil edilir, qarşıya çıxan problemlər və onların aradan qaldırılması yolları təsvir olunur, inklüzivliyin uşaqlar, pedaqoqlar və cəmiyyət üçün üstünlüklərinə xüsusi diqqət yetirilir. İnklüziv təhsil şəraitində çalışan pedaqoji kadrların peşə hazırlığına və ixtisasartırma məsələlərinə diqqət yetirilməsi məqalənin əsas müzakirə mövzusudur. Məqalədə inklüzivliyin məktəbəqədər təhsil müəssisələrində uğurlu tətbiqinə dair nümunələr təqdim edilir, təhsil prosesinin bütün iştirakçılarının – pedaqoqların, valideynlərin, mütəxəssislərin və idarəçilərin birgə əməkdaşlığını nəzərdə tutan kompleks yanaşmanın əhəmiyyəti vurğulanır.

Açar sözlər: məktəbəqədər təhsil, inklüziv təhsil, xüsusi təhsil ehtiyacları, uyğunlaşma, pedaqogika, sosiallaşma, bərabərlik.

Yüklə Öncəki səhifə