SAĞLAMLIQ İMKANLARI MƏHDUD ŞAGİRDLƏRİN KATEQORİYALARINA UYĞUN SİNİF STRATEGİYASININ QURULMASININ TƏŞKİLİ FORMALAR
Annotasiya. Təlim prosesinin sinif strategiyalarına əsaslanaraq qurulması xü susi qayğıya ehtiyacı olan şagirdlərə effektiv təsir göstərir. Düzgün qurulan strategiya vasitəsilə müəllimin təlim prosesində istənilən nəticəyə nail olması mümkündür. Sağlamlıq imkanları məhdud şagirdlərin hər birini təlimə cəlb et məklə yanaşı, onlar arasında əməkdaşlıq və ünsiyyət formalaşdırmaq vacib amil lərdən biridir. Məqalədə eşitmə, görmə və fiziki məhdudiyyətli uşaqların təhsil ehtiyaclarına uyğun olaraq sinif mühitinin təşkili, dərs prosesinin əlçatanlığının təmin edilməsi, eləcə də tətbiq olunan strategiyaların şagirdlərin yaş və fərdi xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməsi və həyata keçirilməsi yolları araşdırılır. Qeyd olunur ki, sinifdə strategiyaların düzgün şəkildə tətbiqi uşaqların ünsiyyət və inteqrasiya bacarıqlarının inkişafında mühüm rol oynayır və onların sosial mühitə uyğunlaşmasını asanlaşdırır. Məqalədə əqli məhdudiyyətli uşaq ların təlim-tərbiyə prosesində sosial bacarıqlarının formalaşdırılması məqsədilə istifadə olunan yanaşmalar və tətbiq olunan xüsusi strategiyalar ətraflı şəkildə izah olunur.
Açar sözlər: sağlamlıq imkanları məhdud uşaqlar, inklüziv siniflər, təlim, stra tegiya, forma və metodlar.