Müseyib İlyasov


MƏKTƏBƏHAZIRLIQ QRUPLARINDA FƏALİYYƏTİN OPTİMAL İDARƏ EDİLMƏSİ İLK MƏKTƏB TƏLİMİNİN SƏMƏRƏLİLİK AMİLİ KİMİ

Annotasiya. Məqalədə məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə təş kil edilən məktəbəhazırlıq qruplarında pedaqoji prosesin nəticələrinin yüksəlməsində başlıca yer tutan amillər sırasında idarəetmənin səmərəli təşkili məsələləri təhlil olunur. İdarəetmədə bir sıra prinsiplərin gözlənilməsi, rəhbər strukturların, eyni zamanda qrup rəhbərlərinin idarəedicilik səriştələrinə malik olmalarının va cibliyindən bəhs edilir. Qeyd edilir ki, məktəbəhazırlıq qruplarında idarəedənlərin menecer kimi fəaliyyət göstərmələri, bu fəaliyyətin incəliklərinə bələdlilik, rəhbərlik və idarəedicilik modelləri haqqında məlumatlı olmaq müasir idarəetmə metodlarına və texnologiyalarına yiyələnmək, müşahidə və təhlillər aparmaq, kreativlik, yaradıcı yanaşmaq, proqnozlaşdıra bilmək kimi kompetensiyalara malik olmaq bu prosesin nəticəyönümlü olmasını şərtləndirən amillərdəndir. Məqalədə məktəbəhazırlıq qruplarında fəaliyyət göstərən tərbiyəçi-müəllimlə rin geniş bilik, öyrətmə bacarığı, yüksək pedaqoji ustalıq və əməli bacarıqlara yiyələnmə tələbləri üzrə təhlillər aparılır.

Açar sözlər: məktəbəqədər müəssisə, tərbiyəçi-müəllim, məktəbəhazırlıq, səriş tə, fəaliyyətin idarəedilməsi, təhsil, prinsiplər, inkişaf.

Yüklə Öncəki səhifə