İBTİDAİ TƏHSİL SƏVİYYƏSİNDƏ KƏSR ANLAYIŞININ VƏ TƏTBİQLƏRİNİN ÖYRƏDİLMƏSİ
Annotasiya. Məqalədə 2020/2021-ci tədris ilindən istifadəsinə başlanmış yeni nəsil riyaziyyat dərslikləri əsasında kəsr, adi və onluq kəsr anlayışının daxil edilməsindən, öyrədilməsindən və tətbiqlərindən söhbət gedir. İlk dəfə olaraq, ibtidai sinif riyaziyyat dərsliklərində kəsr anlayışının tamın hissəsi kimi daxil edilməsi, hissənin adi və onluq kəsr şəklində göstərilməsi, məxrəcləri (surətləri) bərabər olan kəsrlərin müqayisəsi, ədədin hissəsinin tapılması, məxrəcləri bərabər olan kəsrlərin cəminin və fərqinin tapılması, qarışıq ədədlər, onların müqayisəsi, onluq kəsrlər, onların müqayisə edilməsi, cəminin və fərqinin tapılması anlayışlarının daxil edilməsi araşdırılır və tədrisi ilə bağlı müvafiq təkliflər verilir. Kəsr anlayışının daxil edilməsi və tətbiqlərinin öyrədilməsində təklif olunan metodikadan istifadə olunması tövsiyə olunur. Bu yanaşma dərsliklərin yazılması zamanı ən incə nüansların – nəzəri biliklərin və çalışmaların seçilməsinin nəzərə alınmasını, bunlar isə bütövlükdə dərsliklərin keyfiyyətinin yüksəlməsinə və təhsilalanların anlayışları nizamlı şəkildə öyrənmələrinə xidmət edir.
Açar sözlər: toplama və çıxma, hissə, kəsr, adi və onluq kəsr, ədədin hissəsinin tapılması, kəsrlərin müqayisəsi, məxrəcləri bərabər olan kəsrlərin müqayisəsi, qarışıq ədədlər və onluq kəsrlər.