Nigar İsmayılova


MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN SOSİAL-EMOSİONAL İNKİŞAFINA AİLƏ VƏ BAĞÇANIN TƏSİRİ MƏSƏLƏLƏRİ

Annotasiya. Məqalədə məktəbəqədər yaşlı uşaqların sosial-emosional inkişafına ailə və məktəbəqədər müəssisənin təsiri məsələləri araşdırılır. Qeyd olunur ki, əsas faktor olaraq bu işin bünövrəsi ailədə qoyulur, daha sonra məktəbəqədər müəssisədə varislik prinsipinə əsasən davam etdirilir. Məqalədə uşaqların emosional rifahının onların sosial münasibətlərinə göstərdiyi təsirlər təhlil edilmiş, emosional cəhətdən sağlam olan uşaqların böyüklər və həmyaşıdları ilə ünsiyyət, dostluq əlaqələri qurmaq bacarıqları diqqətə çatdırılmışdır. Məktəbəqədər yaşlı uşaqlar dostları ilə oyunlar oynayır, hiss və düşüncələrini ifadə etmək üçün söz və cümlələrdən istifadə edirlər. Oyuncaqları və materialları dostları ilə bölüşmək üçün hələ də böyüklərin dəstəyinə ehtiyac duysalar da, zaman keçdikcə özlərini təkmilləşdirirlər. Məqalədə o da qeyd edilir ki, sağlam, müstəqil düşüncəyə malik məktəbəqədər yaşlı uşaqlar evdə və məktəbəqədər müəssisədə proqnozlaşdırıla bilən gündəlik rejimləri, fəaliyyətləri izləyir, sevimli dostlarını müəyyən etməyə başlayırlar. Bundan əlavə, məktəbəqədər yaşlı uşaqlar geyinmək, tualetə getmək, nahar etmək və ya yatmağa hazırlaşmaq kimi bir çox özünəqulluq tapşırıqlarını yerinə yetirirlər.

Açar sözlər: uşaq, ailə, məktəbəqədər müəssisə, sosiallaşma, emosiyalar, şəxsiyyətin inkişafı.

Yüklə Öncəki səhifə