Nigar Muradova


İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNİN VALİDEYNLƏRİNİN SORĞU ANKETİ ƏSASINDA RUS DİLİ DƏRSLƏRİ VƏ YENİ DƏRSLİKLƏR HAQQINDA EKSPERT DÜŞÜNCƏLƏRİ

Annotasiya. Məqalədə ibtidai sinif şagirdləri valideynlərinin rus dili dərslərinə və yeni ibtidai sinif dərsliklərinə ekspert münasibətinin müəyyən edilməsi məsələsindən bəhs edilir. Anket sorğusu sosioloji metoddan istifadə etməklə həyata keçirilir, bu anketin nümunəsi verilir. Sorğu vərəqində mətndə düzülüş ardıcıllığı ilə fərqlənən suallar göstərilir. Valideynlər arasında sorğu anketinin keçirilməsində məqsəd valideynlərin ibtidai sinif şagirdləri ilə işləyən rus dili müəllimlərinin peşəkarlığından məmnunluq səviyyəsini, habelə onların ibtidai siniflərdə istifadə olunan dərsliklərə münasibətini müəyyən etməkdir. Valideynlərin cavabları müəllimlərin peşəkarlıq səviyyələri ilə bağlı göstəriciləri, habelə rus dilində tədris prosesinin təşkili keyfiyyətinin şərtləri və ibtidai sinif dərsliklərindən istifadə ilə bağlı göstəriciləri müəyyən etməyə kömək edəcəkdir.

Açar sözlər: sorğu anketi, ibtidai məktəb şagirdlərinin valideynləri, ümumtəhsil məktəbləri, müəllim peşəkarlığı, rus dili dərslikləri, ekspert düşüncəsi

Yüklə Öncəki səhifə