MƏKTƏB MÜHİTİNDƏ PSİXOLOQLARIN PEŞƏYƏ ADAPTASİYASININ ƏSAS ŞƏRTLƏRİ
Annotasiya. Tədqiqat işi məktəb mühitində çalışan psixoloqların peşəyə adap tasiyasının əsas şərtlərinin araşdırılmasına istiqamətlənmişdir. Araşdırmada peşəyə adaptasiya, effektiv fəaliyyəti, pedaqoji kollektiv və şagirdlərlə uğurlu qarşılıqlı əlaqəni təmin edən vacib faktor kimi təhlil edilmişdir. “Psixoloq nə etməli və necə fəaliyyət göstərməlidir?” sualına tədqiqat işində əhatəli şəkildə aydınlıq gətirilmiş, məktəb psixoloqunun peşəyə adaptasiyasının inkişaf etdiril məsində zəruri olan amillər, bacarıqlar, peşə keyfiyyətləri xarakterizə edilmişdir. Kifayət qədər elmi biliklərə, praktik bacarıqlara yiyələnmiş məktəb psixoloqu nun səyi nəticəsində məktəbdə yaradılan əlverişli psixoloji mühitin fəaliyyətin keyfiyyətinə və məhsuldarlığına göstərdiyi müsbət təsirlərdən bəhs edilmişdir. Tədqiqat işində təhsil müəssisəsinin mahiyyəti, uşaqların böyüməsinə, psixoloji inkişafına təsirləri və cəmiyyətdə onları müstəqil həyata hazırlamaq kimi mü hüm rolu müzakirə obyekti olmuş, məktəbdə fəaliyyət göstərən hər bir mütəxəs sisin öz fəaliyyətinə məhz bu kontekstdən yanaşmalı olduğu vurğulanmışdır.
Açar sözlər: məktəb psixoloqu, şəxsiyyət, adaptasiya, özünüdərketmə, təlim mühiti, şagird, tədris mühiti, komanda, şəxsiyyətlərarası münasibətlər.