Sevinc Zeynalova


MÜASİR DÖVRDƏ MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İDARƏ EDİLMƏSİNİN OPTİMAL YOLLARI

Annotasiya. Məqalədə müasir dövrün çağırışları kontekstində məktə bəqədər müəssisələrin idarə olunmasının əsas prinsipləri, problemləri və inkişaf istiqamətləri təhlil edilir. Bu, xüsusilə məktəbəqədər təhsil mərhələsində özünü qabarıq şəkildə göstərir, çünki məktəbəqədər müəssisələr cəmiyyətin gələcəyini formalaşdıran fərdlərin ilkin sosial və intellektual təcrübə qazandığı mühüm məkanlardır. Məqalədə müasir dövrdə idarə olunması təkcə təşkilati-funksional məsələ deyil, eyni zamanda strateji əhəmiyyət daşıyan bir proses olduğu qeyd edilən məktəbəqədər təhsil müəssisələrində təhsilin idarə olunmasına dair çağırışlar və qlobal meyillər idarəetmə modellərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Göstərilir ki, effektiv idarəetmə sistemi yalnız pedaqoji heyətin fəaliyyətinə nəzarət etməklə kifayətlənmir, həm də inkişafyönümlü, çevik və nəticəyönümlü mexanizmləri özündə birləşdirməlidir. Təhlillər göstərir ki, müasir dövrdə məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi tək cə inzibati nəzarətlə məhdudlaşmır, həm də pedaqoji prosesin keyfiyyətlə təşkilinə, komandada harmoniyanın yaradılmasına və uşaqların hərtərəfli inkişafına yönəlmiş kompleks bir fəaliyyət sahəsidir. Müəssisə rəhbərləri təhsil müəssisəsinin strateji inkişafını təmin etməklə yanaşı, hər bir uşağın fərdi potensialının üzə çıxarılması üçün uyğun mühit yaratmalıdır.

Açar sözlər: məktəbəqədər təhsil, yeni məzmun, pedaqoji proses, prob lemlər, idarəetmə modelləri, inkişafetdirici mühit, inteqrasiya, inkişaf sahələri.

Yüklə Öncəki səhifə